Əmtəəşünaslıq fakültəsinin adı dəyişdiriləcək

23 OKTYABR 2015 | VIEWS:

Oktyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Əmtəəşünaslıq fakultəsinin I kurs tələbələri ilə görüşüb.

UNEC-də tətbiq edilən bütün yeniliklər tələbələrə daha keyfiyyətli təhsil vermək üçündür. Məqsədimiz tələbələrə keyfiyyətli təhsil vermək və əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirməkdir. Bu məqsədlə aparılan islahatlardan danışan Ə.Muradov UNEC-də yeni tədris ilinin “Keyfiyyət ili” elan olunduğunu bildirib.

Əmtəəşünaslıq fakültəsinin yerləşdiyi III tədris binasında keyfiyyətli təhsil üçün əlverişli şərait olmamasından söz açan rektor bildirib ki, binanın dəyişdirilməsi nəzərdə tutulub. Rektor əlavə edib ki, Əmtəəşünaslıq fakültəsinin adı dəyişdiriləcək. Yeni ad seçərkən dünyanın ən nüfuzlu universitetlərinin modeli əsas götürüləcək.

Hədəflərimizdə öndə duran məsələlərdən biri də UNEC-ə daha savadlı abituriyentləri cəlb etməkdir – deyən Ə.Muradov bunun üçün universitetin planlarını açıqlayıb. Bildirib ki, paytaxtda yerləşən orta məktəblərə səfərlər edilərək, şagirdlər UNEC haqda məlumatlandırılıb. Bu proses yenə davam etdiriləcək. Ölkəmizin ən tanınmış orta məktəblərinə səfərlərin keçirilməsi nəzərdə tutulub.

Rektor universitetdə müəllim-tələbə münasibətinin şəffaf olmasını xüsusi vurğulayıb. Bilikli tələbələrin stimullaşdırılmasından danışan Ə.Muradov qeyd edib ki, universitetə 600-dən yuxarı bal toplayaraq qəbul olan 102 tələbəyə hər ay 100 manat təqaüd verilir və imtahanlarda yüksək nəticələr əldə edən tələbələrin stimullaşdırılması prosesi davam edəcək. Rektor bu yeniliklərdən yararlanmaq üçün tələbələrin dərslərinə ciddi yanaşmalarını tövsiyə edib.

Tələbələrə asudə vaxtlarını daha səmərəli keçirmələri üçün UNEC-də yaradılan “Yaradıcılıq Mərkəzi”nin, Radio UNEC-in, idman zallarının imkanlarından yararlanmaq məsləhət görülüb.

Sonda rektor tələbələrinsuallarını cavablandırıb.

Qeyd: Yeni tədris ilində Əmtəəşünaslıq fakultəsinə 207 tələbə qəbul olub.

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro