Gilan Tekstil Parkının nümayəndələri ADİU-da

16 FEVRAL 2015 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Texnologiya və Dizayn fakültəsinin dəvəti ilə “Gilan Tekstil Parkı”nın nümayəndə heyəti tələbələrlə görüşüb.

IV kurs tələbələrinin iştirak etdiyi görüşdə “Gilan Tekstil Parkı”nın kadrlar şöbəsinin rəisi Mehriban Axundova müəssisədə istehsal prosesində tətbiq olunan texnoloji prosesə dair video-çarxı nümayiş etdirməklə tələbələri müəssisədə gedən proseslərlə tanış edib. Qeyd edib ki, “Gilan Tekstil Parkı” tekstil, boyaq-bəzək və tikiş fabriklərini özündə birləşdirən ən müasir kompleksdir. Burada Belçika və Hollandiyadan gətirilən ən yeni texnologiyalar tətbiq edilməklə yüksək keyfiyyətli trikotaj malları, müxtəlif çeşidli parçalar və tikili mallar istehsal edilir. O, həmçinin tələbələrə müəssisənin tekstil sənayesi üzrə mütəxəssislərə ehtiyacı olduğunu bildirərək, əlavə edib: “Biz gələcəkdə kadrları ADİU məzunlarından seçəcəyik və bu universitetlə davamlı əməkdaşlıq etmək niyyətindəyik. Bu məqsədlə əvvəlcə istehsalat təcrübəsi keçmək üçün Texnologiya və Dizayn fakültəsinin tekstil mühəndisliyi və dizayner ixtisaslarından tələbələr qəbul edəcəyik. Tələbələrdən özlərini daha fəal göstərənləri işə qəbul ediləcək”.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb, işə qəbul olunmaq istəyənlərin CV-ləri qəbul edilib.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet