Oktyabrın 29-da Qazaxıstanın Qorqud Ata Dövlət Qızılorda Universitetinin rektoru, akademik Kılışbay Bisenovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.
Görüş zamanı qonaqlara universitet haqqında ətraflı məlumat verilib. UNEC-in rektoru, professor Ədalət Muradov və Qorqud Ata Dövlət Qızılorda Universitetinin rektoru, akademik Kılışbay Bisenov arasında əməkdaşlıq imkanları, ikili diplom və müəllim-tələbə mübadiləsi barədə müzakirələr aparılıb. Akademik Kılışbay Bisenov UNEC-lə əməkdaşlıqdan məmnun olduğunu bildirib.
Sonda hər iki universitet arasında müəllim-tələbə mübadiləsi, ikili diplom proqramı, ikitərəfli simpozium, seminar, konfransların keçirilməsi, birgə elmi tədqiqatların aparılmasını nəzərdə tutan memorandum imzalanıb.