“GƏLƏCƏK NƏSİLLƏRLƏ ÜZ-ÜZƏ” 6-cı Ümumrespublika İnşa Müsabiqəsi keçiriləcək

10 NOYABR 2015

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Gənclər və İdman Nazirliyi Minilliyin Layihəsinin Azərbaycan Bölməsi (Azərbaycan Futuroloqlar Cəmiyyəti) ilə birlikdə cari tədris ilində ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri və ümumtəhsil məktəblərinin IX-X sinif şagirdləri arasında 6-cı ümumrespublika inşa müsabiqəsi keçirir.

Müsabiqəyə təqdim edilən inşa yazısı Minilliyin Layihəsinin 15 Qolbal Çağırışlarına uyğun 15 mövzunu əhatə edir. Bir iştirakçı seçilmiş mövzuların sayına uyğun sayda iki və daha çox mövzu üzrə inşa yazısı təqdim edə bilər. Bir inşada isə iki və artıq mövzuların birləşdirilməsi yolverilməzdir. İnşa yazısı, iştirakçıların seçimi ilə Azərbaycan, rus və ya ingilis dillərində hazırlana bilər. Şagirdlər və tələbələr müsabiqədə ayrı-ayrılıqda iştirak edəcək, yəni şagirdlərin inşaları öz aralarında, tələbələrin inşaları isə öz aralarında müqayisə ediləcək. İnşa yazısı kompyuterdə yığılmalı və Word proqramının 12-ci şrift ilə (sətirlər arası məsafə 1,5-dən çox olmamaqla) çap edilmiş formada olmalıdır. Əllə yazılmış inşalar qəbul olunmur.

Müsabiqədə tələbələrin iştirakı könüllüdür.

Qaliblərə və finalçılara Bakı şəhərində təntənəli sürətdə həyata keçiriləcək mükafatlandırma mərasimində müvafiq sertifikatvə mükafatlar təqdim olunacaq.

İnşa yazıları 15 yanvar 2016-cı il saat 18.00-dək [email protected] elektron ünvanına və Azərbaycan Futuroloqlar Cəmiyyətinin poçt ünvanına (AZ1000, Bakı şəhəri, V.Məmmədov küçəsi 10/12, Old Caspian Business Center) göndərilməlidir.

Mövzu seçimi və müsabiqəyə dair əlavə məlumatı müsabiqənin rəsmi internet saytından əldə edə bilərsiniz. (www.galacaknasillar.az)

Ətraflı məlumat üçün:437 33 51

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - iptv anbieter - postegro giriş - casino siteleri - ucuz uz - Free twitch viewers - vozol