Azərbaycan Dövlət İqtisad Universitetinin Marketinq kafedrasının nəzdində fəaliyyət göstərən “Marketinq-diskusiya klubu”nun növbəti seminarı keçirilib.
Seminarda “Auto Azerbaijan” şirkətinin marketinq direktoru Əli Bədəlov “Marketinqdə strateji təhlil: avtomobil bazarının hazırki vəziyyəti” mövzusunda çıxış edib. Məruzəçi yerli və dünya avtomobil bazarında mövcud vəziyyət, marketinq təhlillərinin aparılması metodlarından, istehlakçılar ilə kommunikasiya vasitələri barədə məlumat çatdırıb. Diskusiya formasında keçən görüşün sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.