Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Milli Dirçəliş Günü” qeyd edilib. Kommersiya, Maliyyə və mühasibatlıq, Texnologiya və Dizayn, Əmtəəşünaslıq və Türk Dünyası İşlətmə fakültələrində keçirilən tədbirlərdə Azərbaycan xalqının Milli azadlıq mübarizəsində ümumxalq hərəkatının önəmli yer tutduğuqeyd edilərək, hadisələrin müstəqilliyimizə aparan yolda mühum rol oynadığı bildirilib.
Azərbaycan tarixi kafedrasının müdiri, professor Hidayət Cəfərov tarixə nəzər salaraq bildirib ki, mənəvi əsaslarını və başlanğıcını XX əsrin 60-cı illərindən götürən bu tarix sonralar Ulu Öndər Heydər Əliyevin siyasi uzaqgörənliyi və müdrikliyi ilə dönməz xarakter alaraq, müstəqil Azərbaycan müasir inkişaf yoluna qədəm qoyub.
İqtisadiyyat və Sənaye fakültəsində keçirilən tədbirdə Ümummilli Lider Heydər Əliyevin anadan olasının 92 illiyinə həsr edilən fakültə daxili “İqtisadi biliklər” olimpiadasının qalibləri və iştirakçılarına, Ulu Öndərin iqtisadi irsinin öyrənilməsi məqsədilə fakültənin Tələbə Elmi Cəmiyyətinin konfransında təqdimatlarla çıxış edən və qalib olan tələbələrə, həmçinin ən yüksək ortalama bal ilə qrup birincisi olan tələbələrə diplom və sertifikatlar təqdim edilib.