Fevralın 18-də Azərbaycan Dövlət İqtisad Universitetində Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndə heyəti tələbələrlə görüş keçirib. Tədbirdə ilk olaraq Avropa Oyunları haqqında geniş məlumat çatdırılıb. Hazırlıq ərəfəsində inşa edilən infrastrukturlara aid tanıtım çarxı tələbələrin marağına səbəb olub.
Sonra komitə nümayəndələri Avropa Oyunlarının keçiriləcəyi idmanobyektlərində test yarışları təşkili barədə danışıblar. Bildirilib ki, test yarışlarını Avropa Olimpiya Komitəsi və Avropa idmanfederasiyalarının nümayəndələri də izləyəcəklər. Komitə nümayəndələri tələbələri həmin test yarışlarında iştirak etməyə dəvət ediblər.
Görüşün sonunda Bakı 2015 Avropa Oyunları barədə tələbələri maraqlandıran suallar cavablandırılıb.