Noyabrın 26-da “CSS” MMC-nin nümayəndələri Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinə “Ali məktəbdən müəssisəyə bir addım” mövzusunda təlim keçib.
Təlimdə tələbələrə iş axtarma prosesi, müsahibədə uğurlu nəticə əldə etmək yolları, işəgötürən üçün ideal namizəd olmağın qaydaları haqqında məlumatlar verilib. CV-nin düzgün tərtib olunması, şirkətlərlə əlaqə yaratmaq üsulları barədə danışılıb. Bildirilib ki, tələbələr işəqəbul və müsahibə bacarıqlarını artırmaq üçün təlimlərdə iştirak etməli və şirkətlərin təcrübə proqramlarından yararlanmalıdırlar.
Təlim zamanı tələbələri maraqlandıran suallar cavablandırılıb.