Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı rəsmi səfiri Robert F.Sekuta ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyinin (AAA) təşkil etdiyi və son 7 ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) ardıcıl olaraq qalib gəldiyi Azərbaycan Biznes Keys Yarışının (ABCC 2015) qalibləri ilə görüşüb.
Qalib komanda üzvləri – UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbələri Müzəffər Abasov, Savalan Süleymanov, Leyla Səfərli və Aida Həsənovanı təbrik edən səfir onlara təhsillərində və gələcək karyeralarında uğurlar arzulayıb.