Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) MBA departamentinin nümayəndələri Azərbaycan Texniki Universitetində (AzTU) “UNEC MBA Proqramı”nın təqdimatını keçiriblər.
UNEC-in MBA departamentinin direktoru Nazim Hacıyev proqram haqqında məlimat verib. Bildirib ki, “UNEC MBA Proqramı” ictimai əhəmiyyətli qeyri-hökumət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarəedilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən araşdırılması vərdişlərini aşılayır. Proqrama yeni tədris planı, təhsilin təşkili və idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması daxildir.
Qeyd edək ki, “UNEC MBA Proqramı” ABŞ, Almaniya, Kanada, Fransa, İtaliya, İsveç,Türkiyə və digər ölkələrin nüfuzlu ali məktəbləri tərəfindən tanınıb.
Maraqla qarşılanan təqdimatın sonunda tələbələrin sualları cavablandırılıb.