Fevralın 23-də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov magistrlik dissertasiyasının müdafiəsi üçün ixtisaslaşdırılmış elmi şura sədrləri ilə görüş keçirib. İclasın keçirilməsində məqsəd magistrlik dissertasiyalarının müdafiəsinə hazırlıq prosesləri barədə olub.
Görüş zamanı bildirilib ki, magistrlərin müdafiəsində şəffaflığın və obyekivliyin təmin edilməsi üçün hər bir şərait yaradılıb. Qeyd edilib ki, müdafiə olunmuş magistr dissertasiyaları universitetin rəsmi saytına da yerləşdiriləcək.