Türk Standartları İnstitutu Azərbaycan Dövlət İqtisad Universitetinə (UNEC) yenilənən ISO 9001:2008 sertifikatını təqdim edib.
Sertfikata əsasən, UNEC-in bakalavr, magistr və doktorantura pillələri üzrə ISO 9001:2008 Keyfiyyəti İdarəetmə Sistemi beynəlxalq sertifikatının standartlara uyğun olduğu təsdiqlənib və üç il müddətinə qədər vaxtı uzadılıb.
Qeyd edək ki, 2015-ci ilin oktyabrında Türk Standartları İnstitutunun auditorları ISO standartlarına uyğun olaraq UNEC-də keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəzləri, fakültələri və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədlərinin auditini həyata keçirib.