22 dekabr 1965-ci ildə Yevlax rayonunun Kövər kəndində anadan olmuşdur.
1973-1983-cü illərdə Kövər kənd orta məktəbində təhsil almışdır.
1985-ci ildə Azərbaycan Dövlət Pedoqoji İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu “Coğrafiya, əlavə biologiya” ixtisası üzrə müvəffəqiyyətlə bitirmişdir.
1990-1996-cı illərdə Yevlax şəhər 1 saylı orta məktəbdə coğrafiya müəllimi işləmişdir.
1996-2000-ci illərdə Bakı şəhəri Nərimanov rayonu 193 saylı məktəbdə işləmişdir.
*
2000-2005-ci illərdə Xətai rayonu 56 saylı orta məktəbdə coğrafiya fənnindən dərs demişdir.
2005-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş laborant, sonra isə müəllimə işləmişdir.
2008-ci ildə Milli Elmlər Akademiyasında dissertasiya işini müdafiə edərək coğrafiya elmlər namizədi elmi adını almışdır.
2016-cı ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı” kafedrasının dosenti olub.
Ailəlidir, iki övladı var.