9 avqust 1937-ci ildə Şəki şəhərində anadan olmuşdur.
1945-ci ildə Şəki şəhəri 10 nömrəli orta məktəbə getmişdir.
1955-ci ildə Azərbaycan Dövlət Sənaye İnstitutuna (indiki Azərbaycan Neft Akademiyası) daxil olmuş;
1960-cı ildə həmin institutu bitirmişdir.
1970-ci ildən “Texniki fənnlər” (indiki “Ətraf mühitin mühafizəsi və iqtisadiyyatı”) kafedrasında müəllim kimi fəaliyyətə başlamışdır.
*
1991-ci ildə Azərbaycan Neft Akademiyasında dissertasiya işini müdafiə edərək texnika elmləri namizədi alimlik dərəcəsini almışdır.
1994-cü ildə AAK-nin qərarı ilə dosent vəzifəsinə keçirilmişdir. Hazırda kafedrada dosent-məsləhətçidir.
70 adda elmi tədris metodiki proqramın və 70 adda elmi məqalənin müəllifidir.
Ailəlidir, üç övladı və bir nəvəsi var.