1947-ci il fevralın 22-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub.
1955-cü ildə Bakı şəhəri Səbail rayonu 160 saylı orta ümumtəhsil məktəbinə daxil olub.
Məktəbi bitirdikdən sonra M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun iqtisadiyyat fakültəsinə daxil olub.
1971-ci ildə institutu iqtisadçı ixtisası üzrə bitirdikdən sonra «Lahiyə dənizneft» Elmi-Tədqiqat İnstitutuna təyinat alıb.
1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Siyasi iqtisadiyyat ixtisası üzrə aspiranturasına daxil olub. 1977-cü ildə həmin ixtisas üzrə aspiranturanı bitirib.
*
1985-ci ildə namizədlik dissertasiyasının müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi almışdır.
1993-cü ildən 2000-ci ilə qədər «Körpü» müştərək müəssisəsinin direktoru vəzifələrində çalışıb.
2006-cı ildə İqtisad Universitetinin Magistratura Mərkəzinin direktor müavini işləmişdir.
Hazırda İqtisad Universitetinin «İqtisadi nəzəriyyə-1» kafedrasının dosentidir.
Ailəlidir, 2 oğlu var.