Yanvar ayının 30-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçirilib. UNEC rektoru, professor Ədalət Muradov tələbələri və valideynləri fərdi qaydada qəbul edib.
Rektora edilən müraciətlər əsasən qış imtahan sessiyası ilə bağlı olub. Ə.Muradov müraciətlərdə qaldırılan məsələlərin araşdırılaraq qanunauyğun tədbirlər görülməsi məqsədilə aidiyyəti struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.
Qış imtahan sessiyasına həsr edilən sonuncu “Açıq qapı”da 50-dən artıq müraciətə baxılıb. Ümumilikdə sessiya ilə bağlı təşkil edilən “Açıq qapı” günlərində 200-dən artıq tələbə və valideynin irad, təklif və şikayətləri dinlənilib.
UNEC-də bütün “Acıq qapı” günləri “Bilik şəffaf və obyektiv qiymətləndirilməlidir” devizi altında keçirilib.