Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Avropa İttifaqının maliyyə dəstəyi ilə “Bolonya prosesi və keyfiyyət təminatı üzrə Avropa standartları və təlimatları” mövzusunda keyfiyyət qiymətləndiriciləri üçün III təlim təşkil olunub.
Təlimlər “Ali təhsil sisteminin Avropa ali təhsil məkanının tələblərinə daha da uyğunlaşdırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə dəstək göstərilməsi” adlı tvinninq layihəsi çərçivəsində həyata keçirilib. Təlim iştirakçıları ali təhsil müəssisələrində keyfiyyət təminatının təşkili ilə bağlı ətraflı məlumatlandırılıblar. Azərbaycanın ali təhsil müəssisələrinin keyfiyyət şöbələrinin ekspertləri ilə yanaşı, Finlandiya və estoniyalı ekspertlər də təlimlərdə iştirak ediblər.
Təlimlərin sonunda iştirakçılara sertifikatlar təqdim edilib.