Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Könüllülük Akademiyası” layihəsi keçirilib. Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi tələbələr arasında könüllülük fəaliyyətinin populyarlaşması, eyni zamanda könüllülük mədəniyyətinin formalaşmasıdır.
Layihə çərçivəsində UNEC-in Texnologiya və dizayn fakültəsinin I kurs tələbələri üçün 3 gün ərzində ekspertlərin iştirakı ilə təlimlər keçirilib. Təlimlərdə heç vaxt könüllü kimi fəaliyyət göstərməyən tələbələrə könüllülük fəlsəfəsi aşılanıb. Ölkədə keçiriləcək və dünyanın diqqət mərkəzində olan Formula-1 yarışlarında könüllü kimi necə qeydiyyatdan keçmək barədə məlumat verilib. Təlimlərdə iştirak edən YAP Gənclər Birliyinin sədr müavini Əli Pənahov və təşkilatı işlər üzrə şöbənin rəhbəri Elmar Məmmədov könüllülüyün önəmi, UNEC tələbələrinin YAP GB-də də könüllü kimi fəaliyyət göstərə biləcəklərini bildirib.
Sonda tələbələrə iştirakçı sertifikatı verilib.
“Könüllülük Akademiyası” layihəsinin rəhbəri Texnologiya və dizayn fakültəsinin III kurs tələbəsi Cəmilə Abdullayevadır.