Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sistemində müəllimlərin reytinqinin mart ayının 1-nə olan nəticələri açıqlanıb:
Sistemə yeni məlumatlar daxil olduqca sıralama dəyişəcək.
1 sentyabr 2015-ci ildən işə düşən sistemə bu günə qədər UNEC-in 775 müəllimi haqqında məlumat yüklənib. Həmin müəllimlər sistemə 2957 fəaliyyət daxil edib. Onların 1407-si sənəd və sertifikat, 250-si isə elmi məqalədir. Daxil olan fəaliyyətlər professor-müəllim heyətinin Xidməti Fəaliyyətini Qiymətləndirmə üzrə Daimi Komissiya tərəfindən yoxlanaraq təsdiq edilib.
İyun ayının 30-da differensial əmək haqqı sistemində ilk yüz yerə yüksələn müəllimlərin sistemə daxil etdikləri fayllar nümayiş etdiriləcək.