Xalqın sevgisini nəcib missiyası ilə qazanıb

26 AVQUST 2024 | VIEWS:

Azərbaycan

Hazırda dünyada baş verən mürəkkəb hadisələr və qloballaşma prosesləri fonunda müasir Azərbaycanın inkişaf xarakteristikasına baxdıqda hər şeydən əvvəl formalaşmış möhkəm dövlət, cəmiyyətin bütün təbəqələri arasında sevilən güclü dövlət başçısı, humanitar və sosial idarəetmə prinisplərini ön planda tutan, əhalinin sosial müdafiəsini və gələcəyə yönəlmiş dayanıqlı inkişaf siyasətini əldə əsas tutan demokratik idarəetmə sisteminin olduğunu görürük.

Qalib Azərbaycan vətəndaşlarının gələcəyə baxışlarını, ölkəmizin uzaq onillər sonrası hərtərəfli inkişafını və müdafiə qabiliyyətini hədəfləyən mütəvazi, amma dərin düşünülmüş bu siyasətin memarları bu gün hər zamankından daha qüvvətli və daha qətiyyətli addımlarla bütün xalqımızı öz ətrafında birləşdirməyi bacarmışlar. Məhz dövlət başçısı, Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın formalaşdıraraq, uğurla davam etdirdiyi çoxşaxəli dövlətçilik fəaliyyəti bu gün tam suveren Vətənimizi siyasi və sosial-iqtisadi sabitliyə qovuşdurub, hər il böyük Zəfərin bayram edildiyi  bir ölkə kimi qlobal arenada tanıtmışdır. Bu baxımdan, ölkəmizin son onilliklərdə qazandığı zəfərlərdə böyük əməyi olan, xalqımızın sahib olduğu bütün nəcib keyfiyyətləri özündə təcəssüm etdirən birinci xanım Mehriban Əliyevanın müstəqil Azərbaycan Respublikasının dövlətçilik tarixindəki xidmətlərinin təhlili və təbliği yeni dövr elmi, sosial-mədəni mühitimizin araşdırmaçılarının mühüm vəzifələrindən biridir. 

Müasir Azərbaycan öz tarixinin ən yüksək inkişaf mərhələsini yaşayır. Dövlət müstəqilliymizin yenidən bərpası ilə ötən əsrin 90-cı illərindən başlayan tarixi mərhələdə Azərbaycanın həyatında baş verən mürəkkəb, keşməkeşli hadisələr xalqmızın həyatında elə dərin izlər qoymuşdur ki, bu gün həmin günləri canlı xatırlayan, yaxud tarix səhifələrindən görüb, oxuyanlar bu gün qazandığımız qələbələrin kökündə məhz Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideyalarına sadiqlik, demokratik dəyərlərin yayılması və inkişafı, praqmatik düşüncə və qətiyyətli idarəçiliyin dayandığına heç şübhə etmədən inanırlar. Bu gün Cənubi Qafqazın lider ölkəsi, regionun iqtisadi,  mədəni və hərbi güc mərkəzi olan Azərbaycanın əldə etdiyi potensialın məhz yürüdülən düzgün daxili və xarici siyasətin məhsulu olduğunu qonşuluğumuzdakı və ölkəmizlə eyni tarixi yolu keçmiş digər ölkələrin faktiki çətin vəziyyəti ilə də müqayisədə açıq görmək mümkündür. Ona görə də güclü dövlət qurmaq, güclü dövlətdə sülh və asayiş içində yaşamaq, gülcü dövlətin vətəndaşı kimi xarici səfərlərdə hörmətlə qarşılanmaq və ən nəhayət, güclü dövlətin xarizmatik rəhbəri kimi bütün platformalarda söz sahibi olmağın nə dərəcədə böyük xoşbəxtlik olduğunu indi hər bir azərbaycanlı öz həyatında bilavasitə yaşamaqda, dünya mediasindan izləməkdədir. Bütün bunları bir daha xatırlayıb ölkəmizin keçdiyi inkişaf yoluna qısa nəzər saldıqda, şübhəsiz, dövlət başçımızın ən yaxın silahdaşı Mehriban xanım Əliyevanın xalqımız qarşısındakı böyük xidmətlərini açıqca görür və bu əvəzsiz xidmətlərin müasir cəmiyyətimiz ilə yüz il sonrakı Azərbaycan arasında etibarlı mənəvi bağlar formalaşdırdığına inanırıq. Odur ki, Ulu Öndərdən miras qalmış xalqa, Vətənə təmənnasız xidmət missiyasını bir həyat fəlsəfəsi kimi öz şəxsi həyatına, ictimai-siyasi fəaliyyətinə hopdurmuş Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın şəxsində bu gün bütün cəmiyyətimizin gələcəyə inamını, insanların bir-birinə qarşılıqlı hörmətini və tolerantlığını, sağlam böyüyən gəncliyə göstərilən qayğıkeşliyi və bir azərbaycanlı ailəsinin xoşbəxtliyini də görürük. 

Mehriban xanım Əliyevanın tanınmış ictimai-siyasi xadim olması ilə yanaşı, nəcib insan, mehriban ana kimi də sahib olduğu bütün bəşəri keyfiyyətləri onun doğulub-böyüdüyü və təhsil aldığı ailəsindən başlayır. Tanınmış ziyalı mənsubiyyətinə malik ata ocağına xas olan yüksək intellekti və mənəvi keyfiyyətləri daha sonra taleyini bağladığı Ulu Öndər Heydər Əliyevin ailəsində daha da püxtələşmişdir. Dahi rəhbərin siyasi idarəçilik məktəbi və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın zəngin irsi Mehriban xanım Əliyeva üçün əsl həyat məktəbi olmuş və bu məktəb bir qadın, bir ana üçün daşıdığı məsuliyyəti ona ən dərindən hiss etdirən, Azərbaycan xalqına məxsus ən nəcib ailə dəyərlərini yaşadan bir etalon rolunu oynamışdır. Bu gün ölkəmizdə balacaların sevimlisi ola bilmək, şəhid və qazi ailələrinin, maddi və mənəvi dəstəyə ehtiyacı olan səxslərin, valideyn himayəsindən məhrum uşaqların təskinlik yeri ola bilmək bu mənada, Mehriban xanım Əliyevanın həyat axarı, onun gündəlik qayğılarının mühüm bir hissəsidir. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə, xüsusən ölkəmizin müstəqillik illərində düşmən təcavüzü və xarici təsirlərə məruz qaldığımız ilk illərdə yaşadığımız çətinliklər qarşısında sınmayan xalqımızın mətanətinin bir gün mütləq polad kimi daha da bərkiyərək “dəmir yumruğ”a dönəcəyini yaxşı bilən Mehriban xanım Əliyeva bu mənada Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, onun yetişdirdiyi mübariz, vətənpərvər gəncliyin qayğısına qalan mənəvi ana da olmuşdur. Bu mənada Mehriban xanım  Əliyevanın çoxşaxəli fəaliyyətinin bəhrəsi olan fiziki cəhətdən sağlam, mənəvi cəhətdən saf və vətənpərvər Azərbaycan gəncliyi bu gün ölkəmizin əsl milli sərvəti  kimi  hər birimizi  xoşbəxt edir. 

Bir siyasi xadim kimi də Mehriban xanım Əliyevanın fəaliyyəti çoxşaxəli və məsuliyyətlidir. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti kimi vəzifələri icra edən Mehriban xanım Əliyeva dövlət başçısının gərgin iş qrafikində onunla həmişə çiyin-çiyinə addımlayaraq, əsl silahdaş olduğunu da bütün dünyaya nümayiş etdirmişdir. İşğaldan azad olunmuş Şuşadan Xudafərinə, Ağdamdan Laçınadək bütün azad Qarabağ və Şərqi Zəngəzurda dövlət başçımızla bərabər addımlayaraq bu torpaqların yenidən dirçəldilməsində, böyük qayıdışa hazırlanmasında bütün idarəçilik biliklərini və bacarıqlarını ortaya qoyan Mehriban xanım Əliyeva bu mənada işğal sonrası reallıqları həzm edə bilməyən bəzi xarici bədnam qüvvələrə də ciddi humanitar mesajlar göndərmiş, onları bir an öncə insan olmağa səsləmişdir. İşğaldan azad olunmuş ərazilərimizdə törədilmiş vandalizmi, dağıntıları öz imzası ilə birbaşa olaraq dünya ictimaiyyətinə çatdıran Mehriban xanım Əliyeva dünyaya mədəniyyət dərsi keçənlərə də bu yolla həqiqi dərs keçməklə torpaqlarımızın əsl sahibinin artıq qayıtdığını prezidental kürsülərdən bir daha nümayiş etdirdi. Bütün bunlar isə təkcə son otuz ildə deyil, ümumilikdə XX əsrin əvvəllərindən başlayaraq ölkəmizin qarşılaşdığı ədalətsizliklərin, soyqırım və deportasiyaların dünyaya açıqca çatdırılmasında prinsipial məsələlər olub, Azərbaycan həqiqətlərinin tanıdılmasında yerli və xarici mediaya və dipolmatik təmsilçilərə yönverici tezislər kimi mühüm əhəmiyyətli çıxışlar və paylaşımlardır. 

Bugünkü Azərbaycan isə 20 il əvvəlki Azərbaycandan çox fərqlidir. O dövrlər sadəcə iqtisadiyyatını və ordusunu gücləndirmək, beynəlxalq əlaqələrdə Azərbaycanın mövqeyini möhkəmləndirmək və bu gün dünya arenasında söz sahibinə çevrilmiş türk dövlətlərinin birliyini yaratmaq kimi vəzifələrin ilk addımlarının atıldığı Azərbaycan ötən dövrdə çox böyük məsafə qət edərək BMT-nin kağız üzərində qalmış qərar və qətnamələrini öz imkanları hesabına həll edib “Qarabağ Azərbaycandır!” son nidasını qoya  biləcək bir  inkişafa, siyasi nüfuza qovuşdu. Ölkəmizdə infrastruktun yenilənməsi və iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın azaldılması, regionların tarazlı inkişafına nail olunması, ucqarlarda yeni iş yerlərinin yaradılması və sosial-mədəni sahələrin inkişafı, turizm ehtiyatlarımızın mühafizəsi və tanıdılması, ekoloji tarazlığın qorunması və “yaşıl enerji”yə keçid kimi müasir dövrün dayanıqlı inkişaf imperativlərini əhatə edən sahələrdə problemlərin davamlı həlli isə dövlətimizin növbəti onilliklərdə qarşıya qoyduğu həllivacib məsələlərdəndir. Bunlardan əlavə, Qarabağ və Şərqi Zəngəzurun yenidən inşası kimi milyardlar tələb edən nəhəng işin öhdəsindən gəlmək, bununla paralel olaraq, yaranmış yeni geostrateji vəziyyətdə və yaxın perspektivdə ölkəmizə qarşı yarana biləcək təhlükələrə qarşı preventiv tədbirlər görmək, Müzəffər Ordumuzun döyüş qabiliyyətini daim yüksək səviyyədə tutmaq, türk dövlətləri birliyi və ölkəmizlə dost olan digər dövlətlərlə iqtisadi-mədəni əlaqələrin tranzit mərkəzi güzərgahındakı mövqeyimizi daha da möhkəmləndirmək kimi vəzifələrin icrası da gələcək Azərbaycanın yeni dünyadakı vizit kartı olacaq. Bütün bu və digər çoxsaylı mürəkkəb işlərin həllində dövlət başçımız, Prezident cənab İlham Əliyevin ən yaxın silahdaşı olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın  dərin düşüncəsinin  məhsulu  olacaq  qərarlar  ölkəmiz  üçün ən doğru olan  seçimlər yaradacaq, Azərbaycan daha  da  inkişaf edəcəkdir. 

Qədim mədəniyyətə malik Azərbaycan xalqı bu gün özünün intibah dövrünü yaşayır. Vahid azərbaycançılıq ideologiyası altında sıx birləşmiş çoxmillətli, tolerant Azərbaycan cəmiyyətinin hər bir fərdi dünyada gedən prosesləri yaxından izləməklə ən yeni innovativ yenilikləri həm şəxsi, həm də ictimai həyatında bilavasitə yaşamaq üçün öz istedadını və yaradıcı qüvvəsini ortaya qoyur. Bu mənada cəmiyyətin artan sosial-mədəni tələbatlarını ödəyə bilmək, tarixi-mədəni sərvətlərimizi olduğu kimi qoruyub ümumbəşəri dəyər kimi dünya mirasına qazandırmaq bu gün hər zamankından daha vacib məsələ kimi dövlətimiz tərəfindən qarşıya bir vəzifə qoyulub. Həmçinin Azərbaycan xalqının sahib olduğu yüksək qonaqpərvərlik və yaradıcılıq keyfiyyətlərini maddi-mədəni dəyərlərə çevirməklə bu sahədə layiq olduğumuz mövqeyə çatmağımız da dövlət başçımızı daim düşündürən məsələlərdəndir. Bu və digər belə mühüm məsələlər Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın gərgin iş qrafikində mühüm yer tutmaqla ardıcıl, məqsədyönlü qərarlar şəklində həll olunur. Ölkəmizdə milli və dini mənsubiyyətindən asılı olmayaraq, bütün tarixi abidələrin qorunması, onların elmi əsaslarla bərpası, təhsil, səhiyyə, yeni mədəniyyət obyektlərinin tikintisi və ya yenidən qurulması keçmişdən gələcəyə salınan humanitar körpülərin etibarlı sütunları kimi yüzillərboyu öz əhəmiyyətini qoruyub saxlayacaqdır. 
Bu mənada işğaldan azad olunmuş torpaqlarımızda məscidlərin və digər tarixi abidələrimizin bərpa olunması ilə paralel olaraq ölkəmizin müxtəlif yerlərindəki müsəlman və qeyri-müsəlman abidələrin də yenidən qurularaq xalqımızın sahib olduğu multikultural dəyərlərin və tolerantlıq keyfiyyətinin dünyaya nümayişi daim olaraq Mehriban xanım Əliyevanı düşündürən məsələlərdəndir. Uzun onilliklər boyu Azərbaycanın beynəlxalq aləmdə məruz qaldığı ikili standartlara qarşı tutarlı cavab verilə bilinməsi üçün məhz tolerantlığımızın və mədəniyyətimizin gücündən istifadə olunması mühüm bir politoloji düşüncə kimi Mehriban xanım Əliyevanın siyasətində əsas prioritetlərdən biridir. Şuşa şəhərindəki Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidinin bərpa olunması, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi dünyaya Azərbaycanın maddi-mədəniyyət nümunələrinin sahibsiz olmadığını nümayiş etdirən təbdirlərdəndir. 

Erməni işğalı sonrası Şuşada keçirilən festivallar və müxtəlif mədəniyyət tədbirləri də Mehriban xanım Əliyevanın rəhbərliyində Heydər Əliyev Fondunun həyata keçirdiyi möhtəşəm layihələrdəndir. 2004-cü ilin mayından Ulu Öndərin ideyalarını yaşatmaq missiyası ilə yaradılmış Heydər Əliyev Fonduna rəhbərlik edən Mehriban xanım Əliyevanın təşəbbüskarlığı həm ölkəmiz daxilində, həm də onun hüdudlarından kənarda da böyük əks-səda yaradır.

Heydər Əliyev Fondunun dəstəyi ilə Avropadan uzaq Asiyaya qədər müxtəlif ölkələrdə həyata keçirilmiş humanitar-mədəni məzmunlu işlər, ümumilikdə ölkəmizin dünya arenasındakı siyasi çəkisini artıran, dostlarımızın sayını çoxaldan yaddaqalan tədbirlərdəndir. Mehriban xanım Əliyevanın birbaşa qayğısı ilə milli musiqimizi, musiqi alətlərmizi, milli geyimlərimizi, xalçalarımızı öz həqiqi kimliyi ilə tanıdan festivallar, sərgilər Azərbaycan mədəniyyətindən daşlar oğurlayıb binalar tikmək istəyən üzdəniraq işğalçı qonşumuzun bədnam istəyini ürəyində qoymuş, bu mövzuda illərboyu həyəcan təbili çalmış ziyalılarımızın, araşdırmaçı jurnalistlərin ürəyinə isə su səpmişdir. Onillər boyu beynəlxalq ekspertlərin görməzdən gəldiyi, ancaq sahib olduğu unikal tarixi dəyərlərə görə dünya mirasına ən güclü namizəd olmuş abidələrimizin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi məsələsi Azərbaycanın rastlaşdığı ən prinsipial problemlərdən biri olmuşdur. Məhz Mehriban xanım Əliyevanın apardığı gərgin və məqsədyönlü işlər sayəsində artıq xalqımıza məxsus dörd maddi-mədəniyyət və bir təbiət abidəsi bu mühüm sənəddə öz yerini almış, digər abidələrin, xüsusən də Naxçıvanda mövcud olan tarixi-mədəniyyət abidələrindən birinin bu siyahıya salınması qarşıya məqsəd kimi qoyulmuşdur. 

Bu gün ölkəmizə səyahət edən turistlərin bu siyahıda olan İçərişəhərə, Qobustan qayaüstü rəsmlərinə, Şəki Xan Sarayına, Xınalıq Köç yoluna, həmçinin Hirkan meşələrinə səfərləri nə qədər prestijlidirsə, sabah qədim Ordubadın və Naxçıvan türbələrinin də bu məzmunda təqdimatı bir o qədər həyəcanverici olacaq. Milli muğam və aşıq sənətimiz, “Kamança simli musiqi alətinin hazırlanması və ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan kəlağayı sənətinin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahıya daxil olunması bu fikrimizə ikiqat əminlik yaradır. 

Bütün bunlar isə şübhəsiz ki, təkcə ölkəmizin dünya arenasındakı söz sahibi olmaq yolundakı yoxuşların aşılmasına deyil, eyni zamanda bugünkü qarışıq dünyada, Yaxın Şərqdə və Avropada baş verən konfliktlər fonunda hamının get-gedə daha çox ehtiyac duyduğu sivilizasiyalararası dialoqa və qarşılıqlı tolerantlığın möhkəmlənməsinə verilən töhfə baxımından Azərbaycanın sivil dünyaya qazandırdığı ən qiymətli dəyərlərdir. 2006-cı ildən ICESCO-nun xoşməramlı səfiri titulunu böyük şərəf və məsuliyyətlə daşıyan Mehriban xanım Əliyeva bu dəyərləri daha da dərinləşdirmək üçün siyasi və təşkilati bacarıqlarından daim məharətlə istifadə etmiş, vətənpərvər bir qadın kimi ölkəmizin maraqlarını beynəlxalq arenalarda qorumağı bacarmışdır. Bir neçə dildə səlis danışa bilən Mehriban xanım Əliyevanın bütün bu bacarıqları tarixdə dərin izlər qoymuş Azərbaycanın qadın diplomatlarının bugünkü layiqli davamçısı kimi gənclərimizə də ilham qaynağıdır. 

Azərbaycan sivil dövlətdir və ölkəmizdə hər bir vətəndaşın layiqli yaşamaq, təhsil almaq, iş yeri olmaq, özünə ehtiyac duyduğu turizm səyahətlərinə yollanmaq kimi hüquqları vardır. Son onilliklərdə ölkəmizin qarşılaşdığı işğala və digər çətinliklərə baxmayaraq, dövlətmiz öz vətəndaşlarının həyat səviyyəsinin yüksəldilməsi, hərtərəfli insan resurslarının hazırlanması, sağlam gəncliyin yetişdirilməsi və əhalinin sosial müdafiəsinin gücləndirilməsində mühüm məsafə qət etmiş və bu sahədə silsilə tədbirlər ardıcıl davam etdirilməkdədir.

Cəmiyyətimizin bu məsələdə yüksək tələbkarlığı dövlətimizin də daxili siyasətində müvafiq prioritet vəzifə kimi qarşıya qoyulub və hər bir Azərbaycan gəncinin gələcəyin layiqli vətəndaşı ola bilməsi üçün lazım olan tədbirlər davam etdirilir. Ölkəmizdə vətəndaşların təhsilalma hüquqlarından tam və səmərəli istifadə etməsi, sağlamlığının qorunması və bərpa edilməsi üçün imkanların yaradılması, turizm-rekreasiya potensialından faydalanması üçün dünya standartları səviyyəsində infrastruktur şəraitinin formalaşdırılması üçün ciddi işlər həyata keçirilir. Bütün bunlarla paralel olaraq, əhalinin xüsusi qayğıya möhtac, həssas təbəqəsinin tələbatlarının nəzərə alınması üçün ünvanlı tədbirlər görülməsində Mehriban xanım Əliyevanın şəxsi diqqəti ilə görülmüş işlər ölkəmizə vətəndaş həmrəyliyini daha da möhkəmləndirən monolit sütunlar rolunu daşıyır. 

Maddi imkanları yüksək olmayan insanları əhatə edən xeyriyyəçilik tədbirlərini genişləndirən Mehriban xanım Əliyeva xüsusi qayğıya, xaricdə müalicəyə və istirahətə ehtiyacı olanların da istəklərinin gözündə qalmaması üçün öz diqqətini əsrigəmir, insanlarla ünsiyyət yaratmaq, sadə vətəndaşlara evində baş çəkib çay süfrəsində onlarla həmsöhbət olmaqla əsl yardımsevər azərbaycanlı qadını nümunəsi göstərir. 

Ötən dövrdə Mehriban xanım Əliyeva öndərliyində Azərbaycanın gələcək ulduzlarının – xüsusi istedad sahibi uşaqların, gənclərin bacarıqlarının üzə çıxarılması, onların daha da inkişaf etdirilməsi üçün həyata keçirilən layihələr qısa müddətdə öz nəticəsini göstərdi və ölkəmiz “Eurovision” beynəlxalq mahnı müsabiqəsi, “Formula-1”, Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdi. Ölkəmizdə insan resurslarının hazırlanmasına yatırılan sərmayə, qara qızılın yerüstu sərvətə çevrilməsi üçün görülən işlər son illərdə, xüsusən Böyük Zəfərimizlə bitən II Qarabağ müharibəsindən sonrakı dövrdə öz əhəmiyyətini daha da açıq şəkildə göstərdi. 

Artıq Azərbaycan London-Şanxay və “Şimal-Cənub” dəhlizinin ən sabit və ən cazibədar məkanı, Avropanın enerji təhlükəsizliyinin ən etibarlı partnyoru halına gəlmiş, ölkəmizin adı birgə beynəlxalq layihələrin titul vərəqində böyük hərflərlə yazılmaqdadır. Postmüharibə dövründə Azərbaycanın beynəlxalq imicinin möhkəmlənməsi onun Qoşulmama Hərəkatına sədrliyi, Türk Dövlətləri Birliyinin aparıcı ölkələrindən biri olması və şübhəsiz, XXI əsr dünyasının ən kritik gündəm maddələrindən biri olan “Yaşıl dünya” və “Yaşıl enerji” üzrə diskussiyaların aparıldığı qlobal forum məkanı halına gəlməsi ilə məntiqi olaraq tamamlanır.
Hazırda dünyanın bir nömrəli problemi kimi iqtisadi, hərbi, demoqrafik potensialından asılı olmayaraq bütün ölkələri eyni dərəcədə təhdid edən qlobal iqlim dəyişikliyinə qarşı planetar mübarizəyə qoşulmuş Azərbaycan bu il COP29 kimi mötəbər beynəlxalq sammitə evsahibliyi edəcək. Dövlət başçımız, Prezident İlham Əliyevin də bu barədə dəfələrlə vurğuladığı kimi, Azərbaycanın 100 minə yaxın qonağın iştirakının gözlənildiyi belə genişmiqyaslı tədbirlərin keçirilməsi üçün iqtisadi imkanları və təşkilatçılıq gücü kifayət qədərdir. Dünyaya sülh və qarşılıqlı faydalı əməkdaşlığın vacibliyi haqda mesajların veriləcəyi bu beynəlxalq tədbirdə Azərbaycandan dünyaya veriləcək “Yaşıl dünya naminə həmrəylik” cağırışları dünyanın gündəminə öz imzasını qoyacaq. Ümumiyyətlə,  ölkəmizdə Mehriban xanım Əliyeva liderliyində ekoloji tarazlığın qorunması istiqamətində görülmüş bütün işlər Azərbaycanın “yaşıl dünya” naminə bütün dünyaya nümunə olduğunu sübut edir. İşğal nəticəsində ekoterrora məruz qalmış Qarabağın “yaşıl libası”na yenidən qovuşdurulması üçün keçirilən kütləvi ağacəkmə kampaniyaları, ölkəmizdə biomüxtəlifliyin, xüsusilə də nəsli kəsilmək təhlükəsi yaşayan canlıların xüsusi mühafizə olunan ərazilərdə qoruma altına alınması, plastik tullantıların təbiətə atılmasının azaldılması üçün verilən qərarlar və  digər mühüm ekoloji  əhəmiyyətli tədbirlər Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın ekoloji tarazlığın qorunmasına ayırdığı diqqətin bariz nümunəsidir. Bütün bunlar hamısı yüksək təsir güclü “yaşıl enerji” diplomatiyası ilə dünyanın diqqət mərkəzi halına gələn Azərbaycanın gələcəyə baxış konsepsiyasında öz yerini alan təməl ekoloji tələblərdəndir. 

Çətin anlarda insanların yanında olmaq bu dünyada ən böyük savab və vicdan işidir. Nəcib əməlləri ilə seçilən Mehriban xanım Əliyevanın geniş fəaliyyətində bu aspekt daim ön planda olub, cəmiyyətimizin həssas olduğu məsələlərdə öncül olmaq, mövcud problemləri yerində öyrənib operativ müdaxilə etmək, bir sözlə, ehtiyacı olanlara diqqət göstərməklə şaxələnir. 

Azərbaycan xalqının qürur duyduğu, eyni zamanda ən həssas insanları olan şəhid ailələri və qazilərin sosial müdafiəsində olduqca qayğıkeş olan Mehriban xanım Əliyeva hər görüşündə şəhid analarının boynuna sarılan, qazi qardaşlarının yaralarını saran mənəvi məlhəm kimi bu sahədə böyük bir yükü öz çiyninə almışdır. Otuz il ərzində öz doğma yurdlarından ayrı düşmüş qaçqın və məcburi köçkünlərə dayaq olmuş Mehriban xanım Əliyevanın şəhid ailələrinə verdiyi təskinlik, qəhrəman qazilərimizin sağlamlığına qovuşması üçün ayırdığı maddi dəstək də cəmiyyətimizin bütün üzvləri tərəfindən yüksək məmnuniyyətlə qarşılanmış, bütün xalqımızda əzbər olmuş “Yaşat ki, yaşayasan!” devizinə çevrilmişdir. Ulu Öndərin bir zaman “Biz o torpaqlara qayıdacağıq, inanın ki, qayıdacağıq!” vəsiyyətini böyük cəsarətlə yerinə yetirib torpaqlarımızı düşmən işğalından azad edən Ali Baş Komandan İlham Əliyevə bu şərəfli missiyasında ən böyük dayaq olmuş Mehriban xanım Əliyeva Vətən müharibəsi qəhrəmanlarımıza göstərdiyi yüksək ehtiramla da onların əvəzsiz xidmətlərinin heç zaman unudulmayacağını ifadə etmişdir. Məhz şəhidlərimizin əziz xatirəsi, qazilərimizə ayrılan diqqət bu gün Azərbaycanda xalq-dövlət-ordu birliyini ən yüksək səviyyəyə çatdırmaqla ölkəmizin hər bir vətəndaşına qalib ölkədə yaşamaq qüruru nəsib etməkdədir. 

Xalqa xidmət missiyası hər bir insanın cəmiyyətdə çatmaq istədiyi ən yüksək mərtəbə, qazanmaq istədiyi ən böyük mükafatdır. Azərbaycanın mövcud portretinə nəzər saldıqda ümumi inkişaf imperativlərinin diktəsi altında demokratik cəmiyyət quruculuğu, hər bir insanın rəhbəri ətrafında sıx birliyi, qazanılmış qələbələrimizin qorunub saxlanılması və böyüyən gənc nəslin bu amal uğrunda mübarizə aparacaq gücdə tərbiyə olunub yetişdirilməsi istəyinə şahid oluruq. İndi hər bir azərbaycanlı tutduğu vəzifədən asılı olmayaraq, Vətənə xidmətə öz vicdanının səsi kimi yanaşır və bununla fəxr edir. 

Ölkəmizdə bərqərar olmuş vətəndaş həmrəyliyi elə bir səviyyəyə çatmışdır ki, dövlətçiliyimizin möhkəmləndirilməsinə verə biləcəyimiz ən kiçik bir töhfə belə, bu mənada, insanlar üçün ən böyük mükafat, ən böyük üstün xidmət mərtəbəsidir. Azərbaycan xalqının ən yeni tarixinə öz parlaq imzasını qoymuş Ulu Öndər Heydər Əliyevin ideyalarını nəcib xeyirxahlıq əməllərində bu gün də yaşadan, dövlət başçımız, Prezident İlham Əliyevin ən yaxın silahdaşı, birinci xanım Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinə çox qısa nəzər saldıqda xalqa xidmət missiyasının nə qədər çətin olsa da, bir o qədər şərəfli olduğunu bir daha görürük. Yaşadığımız narahat dünyada, hər cür türbulanslarla dolu yaxın regionumuzda Azərbaycanı sabitlik məkanına, iqtisadi, mədəni, sosial və humanitar inkişaf meydanına çevirə bilmək bu mənada, işğala yenicə son qoymuş bir dövlətin başında duranlara Uca Allahın ən böyük mükafatıdır. 

Çox sayda dövlət mükafatları olan, dost və qardaş ölkələrin ali dövlət təltiflərinə, akademik vəzifələrə layiq görülmüş Mehriban xanım Əliyevanın xalqımıza xidmət missiyası haqqında çox deyilmiş, çox yazılmışdır. Ancaq bu gün göstərdiyi əvəzsiz xidmətlərlə Azərbaycanın ictimai-siyasi həyatına öz imzasını qoymuş Mehriban xanım Əliyevanın şəxsi keyfiyyətləri və dövlətçilik fəaliyyəti haqqında yeni bir fikrə gəlmək mümkün olursa, bu, ölkəmizin inkişafından fəxrlə danışa bilən hər bir ziyalının mənəvi qazancı, xalqına təmənnasız xidmət yoludur.  Arzu edirik, bu yolumuz uzunömürlü olsun! 

Ədalət MURADOV,
UNEC-in rektoru 

https://news.unec.edu.az/xeber/125-universitet/12102-bold-red-xalgin-sevgisini-necib-missiyasi-ile-gazanib-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino