UNEC -in 2 saylı kitabxanasında keçirilən təqdimatda kafedranın rəhbərliyi və əməkdaşları, müəllim və tələbələr iştirak ediblər.
Təqdimat zamanı kitabın həmmüəllifləri, kafedranın dosentləri İlqar Xəlilov və Afaq Hacıyeva kitabın ərsəyə gəlməsi prosesi və strukturu haqqında ətraflı məlumat veriblər. Onlar kitabın “Ekologiya” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin, həmçinin bu sahədə araşdırma aparan tədqiqatçılar üçün mühüm mənbə olduğunu vurğulayıblar.
Tədbirdə çıxış edən kafedra müdiri dosent Elşən Məmmədov “Ekoloji tədqiqat metodları” dərsliyinin aktuallığı barədə fikirlərini iştirakçılarla bölüşüb.
2 saylı kitabxananın müdiri Rəsmiyyə Rzayeva isə ekologiya sahəsində hazırlanan tədris vəsaitlərinin bu gün üçün əhəmiyyətindən danışıb.
Sonda müəlliflər tədbir iştirakçılarının kitabla bağlı suallarını cavablandırıblar.