Səfər çərçivəsində UNEC əməkdaşları xarici universitetlərin fəaliyyəti ilə tanış olublar, eləcə də UNEC təcrübəsini bölüşüblər. UNEC ilə 20-yə yaxın xarici universitet arasında əməkdaşlıqla bağlı yeni imkanlar yaranıb.
UNEC rektoru professor Ədalət Muradov işgüzar səfərdə olmuş əməkdaşlarla görüşərək, görülən işlər barədə hesabatı dinləyib. Çıxış edənlər səfər etdikləri universitetlərdə aparılan müzakirələr, eləcə də əldə olunan nəticələrdən danışıblar. Bildirilib ki, UNEC ilə xarici universitetlər arasında mübadilə, ikili diplom proqamlarının həyata keçirilməsi, birgə proqramların yaradılması, layihələrin hazırlanması, müəllim-tələbə mübadiləsi, elmi tədqiqatların aparılması və digər istiqamətlərdə razılıqların əldə olunub və əməkdaşlıq müqavilələri imzalanıb.
Rektor UNEC-in beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətində əldə olunan nəticələri yüksək qiymətləndirərək, bu istiqamətdə işlərin davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.
Görüşdə xarici universitetlərlə gələcək əməkdaşlığı gücləndirmək istiqamətləri barədə fikir mübadiləsi aparılıb.