UNEC nəzdində fəaliyyət göstərən Sosial-İqtisadi, Maliyyə-İqtisad və Qida Sənayesi kolleclərində keçirilmiş qış imtahan sessiyasının monitorinqinə dair hesabatlar dinlənilib.
UNEC-in rektoru, professor Ədalət Muradov kolleclərdə genişmiqyaslı islahatların aparılmasının vacibliyini vurğulayaraq, ölkədə kollec təhsilinin müasir tələblərə uyğun qurulması istiqamətində UNEC-in ilkin addımlar atacağını qeyd edib.
Sonra UNEC-in prorektorlarının rəhbərliyi ilə təsdiqlənmiş işçi qrupu tərəfindən kolleclərdə aparılmış monitorinqlərin nəticələri təqdim olunub. Hesabatda kolleclərdə keçirilən imtahanlarda şəffaflıq və obyektivliyin təmin edildiyi bildirilib. Həmçinin, sessiya dövründə apellyasiya komissiyasının fəaliyyət göstərdiyi və “Açıq qapı” günlərinin təşkil olunduğu qeyd edilib.
Hesabatların dinlənilməsindən sonra, kolleclərdə imtahanların təşkilinin daha da təkmilləşdirilməsi məqsədilə müzakirələr aparılıb.