UNEC tələbələri Selcan Zeynallı və Hacı Baxıyev festivalda “Uzundərə” və “Voila” mahnıları üzərində qurulmuş müasir duet rəqsi nümayiş etdiriblər. Tələbələrin göstərdikləri performansı festival iştirakçıları böyük maraq və alqışlarla qarşılayıblar. Duet rəqsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək “Rəqs” nominasiyasının qalibi seçilib.