UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə tərəflər arasında birgə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Müzakirə mövzuları arasında birgə tədqiqatların aparılması, mini MBA proqramlarının təşkili, biznes təhsili, beynəlxalq akkreditasiya almış sertifikat proqramlarının hazırlanması, gənc müəllimlərin Türkiyədə doktorantura təhsili alması üçün imkanların yaradılması, Türk dünyası dövlətləri ilə birgə konfransların keçirilməsi və s. kimi məsələlər yer alıb.
Görüşdə bildirilib ki, UNEC ilə TESAM arasındakı əməkdaşlıq Türk dünyası ali təhsil müəssisələri ilə əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayacaq.