Aprelin 14-də “Barattson School of Business&Finance” ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq İqtisadiyyat Məktəbinin Muhasibat uçotu tələbələri ilə görüş keçirilib.
Görüşdə ACCA-nın Avropa üzrə təhsil rəhbəri Elena Naumenko və “Barattson School of Business & Finance”ın numayəndəsi Elşən Rəhimov ACCA F3 proqramı haqqında geniş təqdimatla çıxış ediblər.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Qeyd: ACCA (The Association of Chartered Certified Accountants) dünyanın ən böyük və ən sürətlə inkişaf edən beynəlxalq mühasibat təşkilatıdır. Təşkilatın məqsədi dünya üzrə mühasibatlıq, maliyyə və idarəetmə sahəsində uğurlu karyera qurmaq istəyən, qabiliyyətli insanlar üçün ən yüksək səviyyəli kvalifikasiyalar təklif etməkdir.