1959-cu il yanvarın 17-də Yevlax rayonunun Kövər kəndində anadan olmuşdur.
1977-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun mühəndis-iqtisad fakültəsinə daxil olmuşdur.
1982-ci ildə institutu bitirmiş, hərbi hazırlıq kursu keçmiş və leytenant rütbəsi almışdır.
1982-ci ildə təyinatla Azərbaycan SSR Maliyyə Nazirliyinə Mənzil komunal avtonəqliyyatı, yol təsərrüfatı və rabitənin maliyyəşdirən idarəyə, iqtisadçı, sonra isə böyük iqtisadçı vəzifələrində işləmişdir.
*
1987-ci ilin mart ayından göndərişlə Bakı şəhər Maliyyə İdarəsinin xalq təsərrüfatının maliyyələşdirilməsi şöbəsinin rəis müavini; 1990-cı ildən həmin şöbənin rəisi, sonra isə idarənin rəis müavini; 1995-ci ilin iyun ayından həmin idarənin rəisi vəzifələrində çalışmışdır.
2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin inzibati-təsərrüfat işləri üzrə prorektoru vəzifələrində çalışmışdır.
Müxtəlif illərdə İqtisad Universitetinin “Maliyyə və maliyyə institutları” kafedrasının müəllimi,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri vəzifələrində çalışıb.