22-27 mart tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin Türk Dünyası İşlətmə fakültəsinin müəllimi i.f.d. Raqif Qasımov Türkiyənin ən nüfuzlu ali təhsil müəssisələrindən olan Hacettepe Universitetində İqtisadi İdari Elmlər fakultəsində “İnsan resurslarının idarəedilməsi” dərsinin tədrisini həyata keçirib.
ADİU-nun müəllimi əlavə olaraq, İdarəetmə kafedrasında kafedra əməkdaşları üçün “Azərbaycanda İnsan Resurlarının İdarə Edilməsi: Problemlər və həlli yolları” adlı seminar verib.
Uğurla həyata keçirilən tədris Türkiyə Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Mevlana” mübadilə proqramı çərçivəsində baş tutub.