İyunun 11-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Açıq qapı” günü keçiriləcək. UNEC-in rektoru, professor Ədalət Muradov tələbə və valideynlərin yay imtahan sessiyası dövründə qarşılaşdıqları problemləri dinləyəcək.
Qeyd edək ki, “Açıq qapı” günləri imtahan sessiyasının sonuna kimi davam edəcək. Görüşlər hər həftənin şənbə günü keçiriləcək. Qeydiyyat üçün əlaqə: 012 492 59 03