30 dekabr 1948-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmiş və həmin ildən təyinatla “VİVİPNEFTEMAŞ” birliyində kiçik elmi işçi vəzifəsində işləməyə başlamışdır.
1971-1974-cü illərdə AMEA-nın İqtisadiyyat İnstitutunun aspirantı olmuşdur.
*
1974-cü ildən Xalq Təsərrüfatı İnstitutunda müəllim, baş müəllim vəzifələrində işləyib.
1989-cu ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.
1998-ci ildə dosent diplomu verilmişdir.
22-dən çox elmi məqalə, tezis və metodik vəsaitin müəllifidir. Q.Menkyunun “Ekonomiks” dərsliyinin tərcüməsində iştirak etmişdir. “İqtisadi təlimlər tarixi” dərsliyinin azərbaycan dilində hazırlanmasında iştirak etmiş və bu dərsliyi rus dilinə tərcümə etmişdir.
Ailəlidir, iki övladı və iki nəvəsi var.