2005-ci ildə Bakı Qızlar Universitetinin Tarix və ictimaiyyət ixtisası üzrə bakalavriat təhsili almışdır.
Cəbrayıl rayon Hovuslu kənd orta məktəbində tarix müəllimi, Bakı Qida Sənayesi Kollecində tarix müəllimi, şöbə müdiri və direktor müavini vəzifələrini icra edib.
S.Həmzəyeva 2024-cü ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
3 iyun 2024-cü il tarixində UNEC nəzdində Qida Sənayesi Kollecinə direktor təyin edilib.