UNEC-də “Thomson Reuters”in “Web of Science” platformasının təlimlərinə start verilib

22 İYUN 2016 | VIEWS:

İyunun 22-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) dünyanın aparıcı informasiya agentliyi olan “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası – “Web of Science” platformasının təlimlərinə start verilib.

“Thomson Reuters” şirkətinin Elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsinin əməkdaşlarının keçdiyi təlimlərdə UNEC-lə birlikdə, Azərbaycanın digər dövlət ali təhsil müəssisələrinin əməkdaşları da iştirak edib.

Elm şöbəsinin müdiri, professor Zahid Məmmədov təlimin məqsədi barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasında ölkəmizdə informasiyanın hər bir kəs üçün əlçatan olması əsas hədəflərdən biri kimi qoyulub: “Bura elmi məlumatlar da daxildir. Bu baxımdan, “Thomson Reuters”in təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Bunun köməyilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər”.

“Thomson Reuters”in Elmi tədqiqatlar və intellektual mülkiyyət departamentinin Təhsil Proqramları şöbəsinin müdiri Valentin Boqorov və agentliyin Cənubi Qafqaz üzrə nümayəndəsi Marqarita Sidorova “Web of Science” elmi məlumatların bazası haqqında ətraflı təqdimatla çıxış ediblər. Bildiriblər ki, “Web of Science” beynəlxalq səviyyədə tanınmış elmi portaldır. Bu portala müxtəlif sahələrdə – təbiət, ictimai, humanitar elmlər və mədəniyyət üzrə 12000 jurnal və 148 000 konfrans materialı yerləşdirilib. Bu bazada elm adamlarını maraqlandıran bir çox məsələlər barədə hər cür məlumatları, elmi istinadları, sənədləri, konfrans materiallarını tapmaq mümkündür. Portalda hər bir elm sahəsində əldə olunan yeniliklər, nailiyyətlər barədə materiallar daim yenilənir.

“Web of Science”də elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələri, onların çıxardığı qərarları da tapmaq mümkündür. Bütün bunlar istənilən araşdırmada uğur qazanmaq, həmçinin qrant alınmasına kömək edir. Bu portal həmçinin ən geniş elmi referatlar bazasıdır. Portala abunə yolu ilə çıxış əldə etmək mümkündür.

Şirkət nümayəndələri qeyd ediblər ki, “Thomson Reuters”ə geniş çıxış Azərbaycanda elmin inkişafına güclü təkan verməklə yanaşı, beynəlxalq əməkdaşlığın inkişafına səbəb olacaq və yerli tədqiqatçıların nəşrlərinin sayını artıracaq.

Təlimdə iştirakçılara “Web of Science” platformasında işləmək imkanları öyrədilib. UNEC-in Elm şöbəsinin təşkilatçılığı ilə keçirilən təlimlər 2 gün davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol