1946-cı il sentyabr ayının 20 -də Xaçmaz rayonunun Xudat kəndində anadan olmuşdur.
1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) İqtisadiyyat fakultəsinə daxil olmuş;
1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) fərqlənmə diplomu ilə bitirmişdir.
1971-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında Dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
1970-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent işləmişdir. 2001-2009-cu illərdə İnformatika və İdarəetmə fakultəsinin dekanı, 2009-cu ildən dekan müavini vəzifəsində çalışıb.
08.10.2020-ci il tarixə kimi UNEC-in Biznes və menecment fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.
40-dan çox elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir.
Ailəlidir, üç övladı var.