21 oktyabr 1929-cu ildə Bakı şəhərində anadan olmuşdur.
1957-ci ildə Bakı Neft Texnikumunu bitirmişdir. Azərbaycan Neft Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət neft Akademiyası) daxil olmuşdur. İnstitutu bitirərək İstilik energetika mühəndisi ixtisasını almışdır.
1954-1980-ci illərdə Azərbaycan Neft Kimya İnstitutunda laborant, assistent vəzifələrində çalışmışdır.
1980-ci ildə göndərişlə Gəncə şəhərində Azərbaycan Texnologiya İnstitutuna getmişdir. Orada 10 il “İstilik texnikası” kafedrasının seçki yolu ilə müdiri vəzifəsini icra etmişdir.
*
1977-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. Texnika elmləri namizədidir.
1990-cı ildə Bakı Əmtəəşünaslıq Kommersiya İnstitutunda iş fəaliyyətinə başlamışdır.
Azərbaycan Dövlət İqtisad Universitetinin “Texnoloji maşınlar və sahə avadanlıqları” kafedrasının dosent-məsləhətçisidir.
Hazırda UNEC-in Fəxri professorudur.
1 dərs vəsaiti və 80-ə qədər elmi metodiki əsərlərin müəllifidir.
Ailəlidir.