16 may 1933-cü ildə Bakı şəhərində anadan olmuşdur.
36 N-li Bakı orta məktəbində təhsil aldıqdan sonra 1962-ci ildə Bakı Yüngül Sənaye Texnikumunu bitirmiş və burada müəllim vəzifəsində işləmişdir.
1968-ci ildə Azərbaycan Politexnik İnstitutunu (indiki Azərbaycan Texniki Universiteti) bitirib həmin ildən “Tikiş və ayaqqabı istehsalının texnologiyası” kafedrasında baş müəllim vəzifəsində işləmişdir.
1979-1982-ci illərdə Moskva Dövlət Yüngül Sənaye İnstitutunda (indiki Moskva Dövlət Dizayn və Texnologiya Universiteti) aspiranturada təhsil almış, dissertasiya müdafiə edib, texniki elmlər namizədi elmi adına layiq görülmüşdür.
*
Müxtəlif illərdə Bakının yüngül sənaye müəssisələrində baş texnoloq, keyfiyyətin idarə edilmə şöbəsinin rəisi və başqa vəzifələrdə işləmişdir.
1984-1988-ci illərdə Azərbaycan Texnologiya İnstitutunda dosent vəzifəsində işləmişdir.
1998-2016-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Dizayn” kafedrasının dosenti olub.