Təhsil haqqından azad edilən şəxslərin nəzərinə!

12 AVQUST 2016 | VIEWS:

TƏHSİL HAQQINDAN AZAD EDİLMƏK AŞAĞIDAKI ŞƏXSLƏRƏ ŞAMİL EDİLİR:

  1. 2011/2012-ci tədris ilindən etibarən məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları.

“Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli Sərəncamı.

  1. Şəhid ailəsi statusunu almış ailənin üzvü.

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının 3 sentyabr 1993-cü il tarixli Qanunu (maddə 3).

  1. 2014/2015-ci tədris ilindən etibarən:

“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 18 mart 2014-cü il tarixli Sərəncamı.

  1. 2013/2014-ci tədris ilindən etibarən 18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan uşaqlar.

“Təhsil haqqında” Azərbaycan Respublikasının 19 iyun 2009-cu il tarixli Qanunu (maddə 14-8-1).

“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının 22 iyun 1999-cu il tarixli Qanunu (maddə 5).

 

Təhsil haqqından azad olunan abituriyentlər aşağıdakı sənədləri təqdim etməlidilər:

I.  Məcburi köçkün statusu olan Azərbaycan Respublikası vətəndaşları:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 5 ədəd.
  3. Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş və notarial qaydada təsdiq olunmuş məcburi köçkün vəsiqəsinin surəti;
  4. Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;

 

II. Şəhid ailəsinin üzvü olan abituriyentlər:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə – 5 ədəd;
  3. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
  4. Notarial qaydada təsdiq olunmuş şəhid ailəsi vəsiqəsinin surəti;
  5. Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surət
  6. Şəxsiyyət vəsiqəsinin surəti – 3 ədəd;
  7. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti – 2 ədəd
  8. Valideynlərin nigah haqqında şəhadətnaməsinin surəti – 2 ədəd

QEYD: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır və təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

 

III.  Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;
  3. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  4. Şəxsiyyət vəsiqəsinin surəti-3 ədəd;
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
  6. Notarial qaydada təsdiq olunmuş əlillik haqqında arayış (Əlilliyin səbəbi yuxarıda göstərildiyi kimi olmalıdır)

III (a).  Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşənməhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd;
  3. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2 ədəd;
  4. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  5. Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;
  6. Səbəbi göstərilməklə ölüm haqqında şəhadətnamənin surəti (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı)

IV.  18 yaşınadək hər iki valideynini itirmiş və yaxud bir valideyni vəfat etmiş, o biri valideyni I və II qrup əlil olan abituriyentlər:

  1. Attestatın əsli;
  2. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə-5 ədəd; 
  3. Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti;
  4. Şəxsiyyət vəsiqəsinin surəti-3ədəd;
  5. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti – 2  ədəd;
  6. Valideynin ölüm haqqında şəhadətnaməsinin surəti;
  7. Notarial qaydada valideynin əlillik haqqında arayışının surəti. Əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir. Bu hal uşağın 18 yaşı tamam olanadək baş verməlidir.

 

Qeyd: Əlillik arayışları müddətsiz deyilsə, göstərilən müddətə azad olunur.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot