Aprelin 13-14-də Norvecin İqtisadiyyat mektəbinin professorları Linda Nostbakken və Rognvaldur Hanne Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) neft iqtisadiyyatına dair mühazirələrlə çıxış ediblər.
Professor Linda Nostbakken “İngilis dilində tədris” mərkəzində “Neft sahəsində vergiqoyuluşu sistemi” mövzusu ilə çıxış edib.
Aprelin 14-də isə professor Rognvaldur Hanne “Norveç, Alyacka və Nauru timsalında neft resurslarının idarəediməsi” mövzusunda SABAH tələbələrinə seminar keçib.
ADİU-nun Beynəlxalq Əlaqələr Departametinin Dünya Bankı mərkəzində norveçli qonaqların və universitetin müəllimlərinin iştirakı ilə “İqtisadi nəzəriyyə və neftin qiymətinin əmələ gəlməsi” mövzusunda dəyirmi masa keçirilib.