UNEC-də yeni layihə: “Lider müəllim-Lider universitet” – “Xalq qəzeti”

27 SENTYABR 2016 | VIEWS:

“Xalq qəzeti”, 25.09.2016

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Lider müəllim – Lider universitet” layihəsinə start verilib.

Layihənin əsas məqsədi UNEC-in professor-müəllim heyətinin peşəkarlıq qabiliyyətinin daha da yüksəldilməsi, onların elmi tədqiqata, şəxsi inkişafa, sosial fəaliyyətə, işgüzar əlaqələrə olan marağının artırılmasından ibarətdir.

Layihəyə uyğun olaraq pedaqoji heyət arasında “Lider müəllim – innovativ müəllim”, “Lider müəllim – peşəkar müəllim”, “Lider müəllim – tədqiqatçi müəllim”, “Lider müəllim – sevimli müəllim”, “Lider müəllim – təşəbbüskar müəllim”, “Lider müəllim – ixtiraçi müəllim” və “Lider müəllim – özünü inkişaf etdirən müəllim” kriteriyaları üzrə müsabiqə keçiriləcək.

“Lider müəllim – innovativ müəllim” və “Lider müəllim – təşəbbüskar müəllim” üzrə qiymətləndirməni beş nəfərdən ibarət komissiya müəyyən edəcək. Onlar müsabiqədə iştirak edən müəllimə əvvəlcədən xəbər vermədən 4 dərsdə (2 mühazirə, 2 məşğələ olmaqla) iştirak edərək, meyarlar üzrə qiymətləndirmə aparacaq. Müsabiqənin yekununda ən yüksək nəticə göstərən müəllimlərin balları eyni olarsa, o zaman Differensial əmək haqqı sistemindəki “Tələbə Məmnunluq Anketini”ndə daha yüksək bal alan şəxs qalib seçiləcək.

“Lider müəllim – innovativ müəllim” kriteriyasının qiymətləndirmə meyarları innovativ tədris metodlarından istifadə, Elektron Universitet Modelindən yararlanma və tədris resurslarının yenilənmə səviyyəsinə görə 10 ballıq sistemlə aparılacaq. “Lider müəllim – təşəbbüskar müəllim” kriteriyası isə tədris prosesinin təkmilləşdirilməsi, işgüzar və ictimaiyyətlə əlaqələrinin inkişafı, eyni zamanda idman və sosial mövzuda layihələrin həyata keçirilməsi ilə bağlı təşəbbüsün sayına görə qiymətləndiriləcək.

Digər 5 kriteriya isə UNEC-də tətbiq edilən professor-müəllim heyətinin xidməti fəaliyyətinin qiymətləndirilməsinə əsaslanan differensial əmək haqqı sisteminin müvafiq bölmələrinin nəticələrinə əsaslanaraq aparılacaq.

Müsabiqədə iştirak könüllülük əsasında aparılacaq. İştirak etmək istəyənlər üçün unec.edu.az saytında elektron ərizə forması yerləşdiriləcək. Komissiya daxil olan esseləri qiymətləndirərək, müsabiqəyə qatılmaq hüququ qazananları müəyyənləşdirəcək. Sonra müsabiqəyə qatılan müəllimlərin siyahısı elan ediləcək. Müsabiqə 2017-ci il iyunun 30-dək davam edəcək.

Elnarə Ömərova

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna