Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və maliyyə institutları kafedrasının professoru Zahid Məmmədov 2015/2016-cı tədris ili üzrə differensial əmək haqqı sistemində ilk 100-yə daxil olan müəllimlərin reytinq sıralamasında üçüncü yerdə qərarlaşıb.
1965-ci ildə doğulub. 1988-ci ildə Leninqrad Maliyyə-iqtisad İnstitutunun Bakı Filialında bakalavr, 1998-cü ildə Mərmərə Universitetində fəlsəfə doktoru, 2006-cı ildə isə Sankt-Peterburq Dövlət Maliyyə-iqtisad Universitetində iqtisad elmləri doktoru dərəcəsi alıb. Maliyyə və bankçılıq üzrə mütəxəssisdir. Hazırda UNEC Maliyyə və maliyyə institutları kafedrasının professoru və Elm şöbəsinin müdiridir. UNEC-də tətbiq edilən differensial əmək haqqı sistemində 2015-2016-cı tədris ilində reytinq balına (43,235) görə üçüncü müəllim olub. Differensaial əmək haqqı sistemində Zahid Məmmədovun balı aşağıdakı göstəricilər əsasında formalaşır:
Elmi nəşr və istinadlar
– AMEA-nın Xəbərləri “İqtisadiyyat” seriyası jurnalının 2015-4 sayında “Monetar siyasətin tətbqiində məqsəd və vəzifələr: təhlil və qiymətləndirmə” adlı məqaləsi;
– Nüfuzlu milli nəşriyyat tərəfindən nəşr edilmiş “Bank sektorunda böhran, pul siyasəti və maliyyə bazarlarına nəzarət modeli: aktual meyllər və dünya təcrübəsi” adlı monoqrafiyası;
– “Azərbaycanın davamlı inkişafında vergi siyasətinin rolu” adlı elmi-praktiki konfransın materiallarında nəşr olunmuş “Fiskal siyasətin prioritet istiqamətləri” adlı elmi məruzəsi;
– “Ekonomika i upravlenie: problemı, reşeniya” jurnalının may 2016 sayında nəşr edilmiş “Модернизации финансового надзора и регулирования: мировой опыт и актуальные тенденции” adlı məqaləsi;
– Rusiya Dövlət Humanitar Universitetində 2016-cı ildə keçirilən beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş “Перспективы развития алтернативных финансовых институтов: страновые особенности и применение в странах СНГ” adlı elmi məruzəsi;
– Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Maliyyə və uçot” jurnalının 3/2016 sayında nəşr edilmiş “Dünya təcrübəsi kontekstində Maliyyə Bazarlarına Nəzarət sistemi: təhlil və qiymətləndirmə” adlı məqaləsi;
– “Ekonomika i upravlenie: problemı, reşeniya” jurnalının redaksiya şurasının üzvlüyü;
– “Müasir Şəraitdə Auditin Tənzimlənməsinin Aktual Problemləri” adlı beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş “Maliyyə sabitliyinin təminatında bank nəzarət orqanlarının rolu: dünya təcrübəsi və Azərbaycan reallığı” adlı elmi məruzəsi;
– “Qanun” elmi hüquq jurnalının redaksiya heyətinin üzvlüyü;
– “Audit” jurnalının 4/2015 sayında nəşr edilmiş “Bank fəaliyyətində pul siyasətinin təhlili və qiymətləndirilməsi prinsiplərinin konseptual əsasları” adlı məqaləsi;
– “Qanun” elmi hüquq jurnalının 03(257)2016 sayında nəşr edilmiş “Bank sistemində islahatların gücləndirilməsinə böhranın təsiri: dünya iqtisadi təcrübəsində əsas inkişaf yolları” adlı məqaləsi;
– “Kooperasiya” elmi-praktiki jurnalının 1(40)2016 sayında nəşr edilmiş “Bank sisteminin dayanıqlılığının tənzimlənməsinin metodları və monitorinq üsulları” adlı məqaləsi;
– “Kooperasiya” elmi-praktiki jurnalının 4(39)2015 sayında nəşr edilmiş “Böyük 7-lər qrupuna daxil olan ölkələrin bank sistemi: təhlil və qiymətləndirmə” adlı məqaləsi;
– Rusiya Dövlət Humanitar Universitetində 2015-ci ildə keçirilən beynəlxalq elmi-praktiki konfransın materiallarında nəşr edilmiş “Перспективы развития альтернативных финансовых институтов: страновые особенности и применение в станах СНГ” adlı elmi məruzəsi;
Elmi tədbirlər
– AMEA və UNEC-in təşkil etdiyi “Elm və Təhsilin Vəhdəti: Qlobal Çağırışlar və Lokal İmkanlar” adlı konfransda məruzəçi;
– Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində təşkil edilən “İtirilən artımın axtarışında” adlı II Beynəlxalq Forumda məruzəçi;
– Sankt-Peterburq Dövlət Universitetində keçirilən VII Beynəlxalq elmi-praktiki konfransda məruzəçi;
– Rusiya Dövlət Humanitar Universitetində keçirilən XI Beynəlxalq elmi konfransda məruzəçi;
– “Müasir elmin aktual problemləri” adlı Respublika elmi konfransında məruzəçi;
– Doktorantların və Gənc tədqiqatçıların XX respublika elmi konfransında moderator;
– Rusiyada keçirilən “Dünya Universitetləri” adlı beynəlxalq konfransda məruzəçi;
– UNEC-də keçirilən gənc tədqiqatçıların elmi konfransında moderator;
– UNEC-də “Müasir dünyada yeni meyllər və aktual problemlər” mövzusunda keçirilən konfransda moderator;
Dərslər
– Tələbənin müəllimi qiymətləndirmə anketində balı 84,167;
– Tələbələrinin mənimsəmə səviyyəsi 60,781.
Elmi rəhbərlik
– Müdafiə edən 1 diplomata rəhbərlik;
– Müdafiə edən 2 magistranta rəhbərlik;
– Müdafiə edən 1 doktoranta rəhbərlik;
Tədris-metodiki vəsaitlər
– Hazırlanan 1 dərs vəsaitinin müəllifi olmuşdur.
– Hazırlanan 1 proqramın həmmüəllifi olmuşdur.
Tədris komissiyaları
– UNEC tədris-metodiki Şurasına üzvlük;
– UNEC Elmi seminarına üzvlük;
– UNEC doktorluq imtahanlarının keçirilməsi komissiyasına üzvlük;
– UNEC doktorluq dissertasiya müdafiəsi şurasına üzvlük;
– Magistr Dissertasiyaları üzrə İxtisaslaşmış müdafiə şurasında üzvlük;
– UNEC Özünüqiymətləndirmə və Keyfiyyətin Yüksəldilməsi şurasına üzvlük;
– UNEC doktorantura pilləsində ixtisas imtahanlarının keçirilməsi komissiyasına üzvlük;
– Differensial əmək haqqı komissiyasında üzvlük.
İxtisasa uyğun seminar və treninqlərdə iştirak
– Thomson Reutersin informasiya resurslarından istifadə üzrə təlim;
– “İslam Bankçılığı” üzrə təlim;
– Sakarya Universitetində treyninqdə iştirak.
Nufuzlu peşə birliklərinə üzvlük
– Azərbaycan iqtisadçılar İttifaqına üzvlük;
– Novaya Ekonomiçeskaya Assosiasiyaya üzvlük.