UNEC-də “QHT İdarəetmə Akademiyası: Beynəlxalq Təcrübə” layihəsi çərçivəsində silsilə təlimlərə start verilib.
Layihənin əsas məqsədi gənclər təşkilatlarının beynəlxalq sahədə təcrübəsinin artırılması, onların beynəlxalq təşkilatlarda təmsil olunmasına yardımçı olmaq, beynəlxalq platformalarla daha yaxından tanış olmaq, BMT Dayanıqlı İnkişaf Məqsədləri haqqında və gənclər təşkilatlarının BMT strukturları ilə əməkdaşlığa dair ətraflı məlumat verməkdir.
Layihə Gənclər Təşkilatları Milli Şurası və Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilən “QHT İdarəetmə Akademiyası” (QİDA) Proqramı çərçivəsində ilk dəfə olaraq beynəlxalq təlim kursu formatında keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, UNEC Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilati dəstəyi, Avropa Gənclər Forumu və “AİESEC Qlobal”-ın tərəfdaşlığı ilə baş tutub.
Beynəlxalq təlimçilərin iştirakı ilə ingilis dilində təşkil olunan təlimlər 4 gün davam edib. Sonda təlimlərdə fəal iştirak etmiş tələbələrə sertifikat və şəhadətnamələr verilib.