Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb. Ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb. Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mənbələrinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-nin artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi konfliktlər, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib.
Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib.
“Azeri Light” markalı neftin orta müddətli dövr üçün dünya bazar qiymətinin UNEC proqnozu aşağıdakı kimidir:
İl | min | orta | max |
2016 | 34 | 49.5 | 57 |
2017 | 48 | 65 | 81 |
2018 | 67 | 80.3 | 94 |
2019 | 62 | 76 | 79 |
2020 | 45 | 72 | 98 |