UNEC eksperti: Milli iqtisadi inkişaf

13 YANVAR 2017 | VIEWS:

umudvarAzərbaycanın müstəqillik illərində əldə etdiyi nailiyyətləri dərindən dərk etmək üçün sovet dönəmindəki inkişafa ekskurs etməyə böyük ehtiyac var. Hələ sovet dönəmində Azərbaycanın suverenliyinin sosial-iqtisadi problemlərini araşdıraraq bu qənaətə gəlmişdim ki, Azərbaycan ittifaqa daxil olan 3-4 respublikalardan biridir ki, müstəqillik əldə etməsi ilə dünya ölkələri arasında öz layiqli yerini tuta bilər. XX əsrin 80-ci illərinin sonlarında SSRİ daxilində müttəfiq respublikaların iqtisadi müstəqillik ideyası bir oyun kimi ortalığa atılmışdır. Azərbaycan SSRİ tərkibində olduğu dövrdə sənaye müəssisələrimizin 90 faizi ittifaq tabeçiliyində idi. Həm də bu müəssisələr kifayət dərəcədə gəlirlə işləyən müəssisələr idi. Neft, neft-kimya, neft maşınqayırma müəssisələrimiz istisnasız olaraq ittifaq tabeçiliyində olan müəssisələr idi. Onların gəlirlərinin əhəmiyyətli hissəsi ittifaq büdcəsinə daxil olurdu. Cüzi bir hissə isə qalıq prinsipi ilə ittifaq büdcəsindən Azərbaycan Respublikasının büdcəsinə ayrılırdı. Azərbaycan Respublikası müstəqillik əldə etməklə bütün iqtisadi potensialını milli mənafelərimizin reallaşdırılmasına istifadə etmək imkanı əldə etdi.

Azərbaycan 25 illik müstəqillik dövründə çox böyük sürətli inkişaf yolu keçmişdir. Artıq hər nəfərə düşən ÜDM 7500-8000 ABŞ dolları civarındadır. Nəzərə almaq lazımdır ki, Azərbaycanın təbii zəngin ərazisinin 20 faizdən çoxu erməni işğalçıları tərəfindən zəbt edildiyindən bu ərazidəki iqtisadi resurslarımızı təsərrüfat dövriyyəsinə cəlb etmək mümkün deyil. Bu ərazidəki sərvətləri də iqtisadi inkişafımıza cəlb edə bilsəydik təbii ki, iqtisadi inkişaf cəhətdən dünyanın ən qabaqcıl ölkələri sırasında olmağımız heç bir şübhə doğurmazdı.

Azərbaycanın 25 illik müstəqillik illərində iqtisadi inkişafı səciyyələndirilən 4 cəhəti fərqləndirməyi məqsədəuyğun hesab edirəm. I. Makroiqtisadi sabitliyin təmin edilməsi: II. Keçid dövrünün başa çatması; III. Dayanıqlı inkişaf; IV. Milli iqtisadiyyatın formalaşması. Keçid dövrünün ilkin mərhələlərində həyata keçirilən uğurlu makroiqtisadi siyasət iqtisadi inkişafın yeni keyfiyyət halını səciyyələndirirdi. Makroiqtisadi sabitliyin təmin olunması ilə cəmiyyətdə dayanıqlı və dinamik iqtisadi inkişaf müşahidə olunurdu.

Azərbaycanda milli iqtisadiyyatın formalaşmasının mərhələlərindən biri kimi cənab İlham Əliyevin birinci prezidentlik dövrünü—2003-2008-ci illəri göstərmək olar. Bu dövrü səciyyələndirən dayanıqlı inkişafla yanaşı, digər başlıca cəhət keçid dövrünün başa çatmasıdır. Keçid dövrünün başa çatması ilə bazar iqtisadiyyatının inkişafının əsasını təşkil edən ilkin kapital yığımı formalaşmış, normal sahibkarlıq fəaliyyətini təmin edən start kapitalı insanların sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün kifayət dərəcədə əlverişli şərait yaratmışdır. Keçid dövrünün başa çatması ilə ÜDM-in çox böyük hissəsi bazar strukturları tərəfindən istehsal olunr. Özəl sektor ÜDM-in 83%-dən çoxunu istehsal edir. Kənd təsərrüfatı məhsullarının 99,8%-dən çoxu özəl sektorda istehsal olunur.

Ölkənin inkişafını regionları inkişaf etdirmədən təsəvvür etmək mümkün deyil. Ölkə Prezidenti İlham Əliyevin ilk prezidentlik dövründən başlayaraq “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları” qəbul edilir.

Sahibkarlığın inkişaf etdirilməsi və rəqabət qabiliyyətli iqtisadiyyatın formalaşdırılmasının prioritetlərindən biri də regionların sosial-iqtisadi inkişafını sürətləndirə bilən sahibkarlıq formalarının inkişaf etdirilməsidir. Regionlarda aqrobiznes üstünlük təşkil etsə də, regionların xüsusiyyətləri nəzərə alınmaqla sahibkarlığın digər formaları, yüngül sənye, emal sənayesi və sair sahələr də inkişaf etdirilməlidir. Bu problemlərin həlli məqsədli proqramlarda, “Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarında” öz əksini tapmışdır. Regionların sosial-iqtisadi inkişafını sürətləndirmək məqsədi ilə dövlət tərəfindən üç proqram qəbul edilmişdir. Artıq bu proqramların ikisi, 2004-2008 və 2009-2013-cü illər üzrə dövlət proqramlarının reallaşdırılması müvəffəqiyyətlə başa çatdırılmışdır. Üçüncü proqram 2014-2018-ci illərdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” isə həyata keçirilir.

Aparılan uğurlu islahatlar və ardıcıl iqtisadi siyasət nəticəsində dövlət büdcəsinin gəlir və xərclərinin ÜDM-ə nisbəti ilbəil dəyişmişdir. Büdcə-vergi siyasəti əsasən makroiqtisadi sabitliyin möhkəmləndirilməsinə, iqtisadi inkişafın sürətlənməsinə, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşmasına və büdcə kəsirinin minimuma endirilməsinə yönəldilmişdir. Həyata keçirilən çevik büdcə-vergi siyasəti nəticəsində dövlətin iqtisadi qüdrətinin daha da artırılması, regionların, qeyri-neft sektorunun və sahibkarlığın inkişaf etdirilməsi, istehsal və infrastrukturun müasir tələblərə uyğun yenidən qurulması, xalqın rifah halının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilmiş, dövlət büdcəsi sosial və investisiya yönümlü, inkişaf və quruculuq büdcəsinə çevrilmiş, iqtisadi islahatların və dövlət proqramlarının maliyyələşmə mənbəyi kimi çıxış etmişdir. Ölkə iqtisadiyyatının inkişafına bütün maliyyə mənbələri hesabına əsas kapitala qoyulmuş investisiyanın həcmi son beş ildə 33,5 milyard manat təşkil etmiş, bunun 53,2 faizi daxili, 46,8 faizi isə xarici investisiyalar olmuşdur.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafının ikinci dövlət proqramı da uğurla icra edilmişdir. “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramı”nın uğurlu icrası nəticəsində ölkədə makroiqtisadi göstəricilərin səviyyəsində yüksək artım əldə edilmiş, sosial-iqtisadi inkişaf sahəsində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi əhalinin həyat səviyyəsinin daha da yüksəlməsində mühüm rol oynamışdır.

Regional inkişaf üzrə hər iki dövlət proqramlarının icrası dövründə bütün iqtisadi rayonlara daxil olan şəhər və rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə 240 sərəncam imzalanmışdır. Ümumilikdə, ötən 10 il ərzində regionların sosial-iqtisadi inkişafı sahəsində həyata keçirilən siyasət ölkənin makroiqtisadi göstəricilərinin sürətlə yaxşılaşdırılmasına səbəb olmuş, Ümumi Daxili Məhsul (ÜDM) 3,2 dəfə, adambaşına ÜDM-in həcmi 2,8 dəfə, qeyri-neft sektoru 2,6 dəfə artmış və ölkəmizdə orta illik iqtisadi artım 12,9 faiz təşkil etmişdir.

Son 10 ildə strateji valyuta ehtiyatları 31 dəfə, xarici ticarət dövriyyəsi 6,6 dəfə, ixrac 9,3 dəfə, idxal 4,1 dəfə, qeyri-neft ixracı 4,7 dəfə artmışdır.

Azərbaycan iqtisadiyyatı “Qlobal Rəqabət Qabiliyyətli İndeksi 2013-2014” hesabatına əsasən rəqabət qabiliyyəti səviyyəsinə görə 39-cu, MDB-də 1-ci olmuş, ölkəmiz ilk dəfə dünyanın “yuxarı orta gəlirli” və “yüksək insan inkişaflı” ölkələr qrupuna daxil olmuşdur. Nüfuzlu reytinq agentliklərinin hamısı (“Fitch Raitings”, “Standart & Poors və Moodys”) Azərbaycana investisiya kredit reytinqi vermiş və Azərbaycan Qafqaz ölkələri arasında investisiya reytinqinə malik yeganə ölkə olmuşdur.

Son 10 ildə dövlət büdcəsinin gəlirləri 16 dəfə, orta aylıq əməkhaqqı 5,5 dəfə, pensiyalar 9,6 dəfə, əhalinin əmanətləri 27 dəfə artmışdır.

Minimum əməkhaqqının ölkə üzrə yaşayış minimuma çatdırılması siyasəti davam etdirilmiş, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əməkhaqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin etmişdir. Son 10 ildə ölkədə minimum əməkhaqqının məbləği 11,7 dəfə artmış, yoxsulluğun səviyyəsi 2003-cü ildəki 44,7 faizdən 2015-ci ildə 5,3 faizə düşmüşdür.

Artıq üçüncü dövlət proqramı olan “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın reallaşdırılmasının ikinci ili başa catmışdır. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci ilərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməklə makroiqtisadi sabitliyin təmin olunmasında, regionların sahibkarlıq fəaliyyətının genişlənməsində, yeni müəssisələrin və iş yerlərinin yaranmasında, irimiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsində, kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsində, nəticədə əhalinin rifah halının daha da yaxşılaşdırılmasına və yoxsulluq səviyyəsinin aşağı düşməsində müstəsna rol oynayacaqdır. 2015-ci il bötövlükdə dünya iqtisadiyyatı üçün, o cümlədən də Azərbaycan iqtisadiyyatı üçün çox mürəkkəb bir il olmasına baxmayaraq (dünya iqtisadi böhranı davam edir, neftin qiyməti dünya bazarında üç dəfədən çox aşağı düşmüşdür, dünyada qeyri-sabitlik daha da güclənmişdir və s.) ilkin hesablamalara görə 2015-ci ildə ölkə iqtisadiyyatına 16 mld. dollar sərmayə qoyulmuş, ÜDM-də 1 faizdən artıq, qeyri-neft sektoru və kənd təsərrüfatında isə 7-8 faiz artım olmuşdur.

XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycan iqtisadiyyatı üçün dayanıqlı iqtisadi inkişaf səciyyəvidir. Ölkədə iqtisadi inkişafa təkan verə biləcək bütün iqtisadi resurslar fəal hərəkətə gətirilirdi. Nəticədə Azərbaycan iqtisadiyyatı 2003-2014-cü illərdə real ifadədə 3,4 dəfə o, cümlədən sənaye sahələri 3,5, kənd təsərrüfatı, 1,6, tikinti sektoru 4,1, nəqliyyat və İKT sektoru 3,5, ticarət 3,1 dəfə artmışdı. Ümumiyyətlə son 10 ildə üDM-in orta illik artımı dünya ölkələrinin göstəricilərindən 3,5 dəfə çox olmuşdur.

Neft gəlirlərinin qeyri-neft sektorunun inkişafına istiqamətləndirilməsi nəticəsində son 10 ildə qeyri-neft sektorunun orta illik artım tempi 11 faiz təşkil etmişdir.

Davos Forumunun 2013-cü il hesabatına görə, Azərbaycan iqtisadiyyatı davamlılığına görə dünya ölkələri arasında 39-cu yerdə qərarlaşmışdır. Müstəqil milli iqtisadiyyatımızın imkanları genişləndikcə, nəinki iqtisadi sahələrə, həmçinin milli inkişafımızı təmin edən sahələrə də xüsusi diqqət verilir. Elmin inkişafı, informasiya cəmiyyətinin qərarlaşması, inkişafın mürəkkəb intensiv amillərinin mühüm tərkib hissəsi kimi biliyi, təhsili, sağlamlığı, əhalinin həyat keyfiyyətini və aparıcı mütəxəssisləri ön plana çıxarılır. Həyat keyfiyyətinin artırılması üçün sabit şəraitin yaradılmasında, bilik iqtisadiyyatının, informasiya cəmiyyətinin yaradılması və inkişafında, vətəndaş cəmiyyətinin inkişaf etdirilməsində keyfiyyətli insan kapitalının formalaşdırılması əsas məqsədlərdən birinə çevrilir.

Azərbaycan dünya iqtisadiyyatına kifayət dərəcədə inteqrasiya etmişdir. Dünyada baş verən iqtisadi hadisələr Azərbaycana da təsirsiz ötüşmür. Dünya ölkələrində aparılan anti-böhran tədbirlərinə uyğun olaraq Azərbaycan da dünyada baş verən iqtisadi böhrandan minimum itki ilə çıxmaq üçün bir sıra qabaqlayıcı tədbirlər görür. Bu tədbirlər içərisində Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin “milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri” təsdiq etdiyi proqrama uyğun olaraq iqtisadi strukturlarda aparılan sağlamlaşdırma tədbirləri daha çox maraq doğurur. Bank sektoru iqtisadiyyatın qan-damar sistemi kimi səciyyələnir. Bu qurumun normal fəaliyyəti iqtisadi-sosial inkişafı müəyyən edən başlıca amillərdəndir.

Ölkə başçısı bank sektorunun ölkənin iqtisadi inkişafına adekvat reaksiya vermədiyini dəfələrlə qeyd etməsinə baxmayaraq, banklar bundan heç bir nəticə çıxarmamışdır. İnsanları sahibkarlığa stimullaşdırmaq əvəzinə onları depozitdən əldə edəcəkləri gəlirdə daha maraqlı etmişlər. İnzibati yolla manatın sabit kursunun saxlanılmasına milyardlarla vəsait xərcləmişlər. Beləliklə, insanların kiçik sahibkarlıqla məşğul olmasına heç bir stimul olmamışdır. Banklar artıq məsuliyyəti bölüşməyə vərdiş etməlidirlər.

Hesab edirəm ki, “Milli iqtisadiyyat və onun əsas sektorlarının inkişafının yol xəritəsi” insanların bütün təbəqələrinin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına çox münbit şərait yaradacaq. Ənənəvi sahələr inkişaf etdiriləcək. Artıq bu istiqamətdə konkret addımlar atılmaqdadır. Sahibkarlığın bütün formalarının inkişafına əlverişli şərait yaratmaq məqsədi ilə konkret addımlar atılır. Ailə sahibkarlığına asan dəstək ən prespektivli tədbirlərdən hesab oluna bilər. Ailə biznesi tarixən biznesin ən cəlbedici formalarından olub. ABŞ-ın ən iri məşhur korporasiyalarının yaranma təməlində ailə biznesi durur.

Ümüdvar ƏLİYEV,  Azərbaycan Dövlət İqtisad Universitetinin kafedra müdiri,

iqtisad elmləri doktoru, professor

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet