“Mən hər yerdə UNEC tələbəsi olduğumu qürurla deyirəm”

30 YANVAR 2017 | VIEWS:

525.az

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Faiq Xasıyev “Erasmus+” mübadilə proqramı çərçivəsində Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da (İnterational School of Business and Management) bir semestrlik təhsilini başa vurub.

CEFAM-da mübadilə proqramında iştirak edən tələbə öz təəssüratlarını bölüşüb, hər iki universitetin təhsil prosesindəki oxşar və fərqli cəhətlərindən danışıb.

– Faiq, Fransadan yeni qayıtmısınız. Bu haqda məlumat verməyinizi istəyərdik…

– “Erasmus+” mübadilə proqramı ilə bir semestr Fransanın Leon şəhərində yerləşən Fransa və ABŞ-ın birgə təhsil müəssisəsi olan CEFAM-da təhsil almaq üçün müsabiqədən keçəndə çox sevinirdim.  Səfərdən əvvəl çox böyük gözləntilərim var idi. Öncədən məqsədlərim və edəcəklərimin siyahısını müəyyən etdim… Fransa düşündüyümdən də valehedici oldu. Hələ təhsil məsələsini bir kənara qoyaq, bu haqda sonra danışarıq, möhtəşəm memarlıq abidələri, incəsənət əsərləri və füsunkar təbiətə malik olan bu ölkənin zəngin mətbəxilə vəhdətdə ən skeptik insanları belə valeh edəcək mənzərə yaradır. İnsanlar da kifayət qədər istiqanlı və qonaqpərvər idi, bunun dəfələrlə şahidi oldum, bir neçə gün tələbə yoldaşımın evində qonaq qaldım. Ailənin bütün diqqəti mənim üzərimdə idi. Açığı, bu dərəcədə isti qarşılanacağımı gözləmirdim. Ümumiyyətlə, hər addımbaşı tarix dərsliklərindən oxuduqlarını canlı görmək insanda fərqli hisslər yaradır.

– Təhsil barəsində nə deyə bilərsiniz? UNEC-də və CEFAM-da keçdiyiniz dərslərin arasında hansı ciddi fərqlər var idi? Ümumiyyətlə, təhsil sistemində kəskin fərqlər varmı?

– UNEC-də təhsil aldığım Beynəlxalq İqtisadiyyat Məktəbi təhsil standartlarını Qərb dünyasına maksimal dərəcədə yaxınlaşdırdığına görə mən çox da böyük fərq hiss etmədim. Amma bəzi mühüm məqamları qeyd etmək istəyərdim. Ən çox bəyəndiyim, fənlərin tədris prosesi müəllimlərə həvalə olunur və vahid sistem olmadığından, hər bir müəllim, qiymətləndirmə sistemini və dərs materiallarını sərbəst seçir. Misal olaraq, marketinq fənnində sessiya imtahanı əvəzində tələbələrə qrup şəklində biznes ideya fikirləşmək və detallı marketinq planı hazırlamaq tələb olunurdu. Dərslərdətələbələrin İT-yə çıxışı maksimal təmin olunur, Maliyyə dərsi kompyuterlərlə təchiz olunmuş otaqlarda keçirilirdi. Dərslərdə tələbələrin iştirakı ciddi tənzimlənir, qaib limiti kifayət qədər kiçikdir. Eyni zamanda tələbələr dərslərə daha məsuliyyətli və kreativ yanaşır, dərslərin daha səmərəli olması üçün səylərini əsirgəmirlər. Bir də onu vurğulamaq istəyirəm ki, təhsil proqramları tələbələrdən 3 və 6 aylıq təcrübə proqramları keçməyi tələb edir. Tələbələr daha çox bunun üzərində fokuslanırlar.

– Bəs Fransada tələbə həyatı necə keçir?

– Bir kəlmə ilə desəm, Fransada tələbə həyatı əla keçir! Düzü onlarda tələbə təşkilatlarına demək olar ki, önəm verilmir. Yalnız kiçik tələbə yığıncaqları olur ki, onlar şənliklərin təşkilində iştirak edirlər. Yaşadığım Leon şəhərində, həm dadmağa gözəl mətbəx, həm möhtəşəm parklar, muzeylər və tarixi abidələrlə yanaşı, gecə həyatını bəyənən insanlar üçün də geniş seçim var idi. Belə deyək, tələbənin qarşısında zövqünə uyğun nəhəng seçimləri var və heç bir maneəsi yoxdur. Avropa daxilində səyahət imkanları genişdir. Çox ucuz bilet qiymətləri və onlayn alış-verişin inkişaf etdiyinə görə tətili də, hətta həftə sonlarını da Avropanın istənilən diyarında keçirmək olar.

– Fransız tələbələrlə münasibətiniz necə idi? Azərbaycan haqqında nə qədər məlumatlı idilər?

– Fransada olduğum müddətdə mehriban mühitdə olmağımdan dolayı çox məmnunam. Qısa zamanda özümə gözəl dostlar qazandım, vaxtımı onlarla birgə keçirib, həm əyləndim, həm də çoxlu yeni şeylər öyrəndim. Azərbaycanın harada yerləşdiyini və onun varlığından agah olanlar çox idi. Hətta bayrağımızı tanıyanlar da var idi. Amma detallı məlumat az idi, məhz bu səbəbdən söhbət əsnasında onlara ölkəmiz haqda danışırdım. Hətta bir dəfə, Yeni il süfrəsi hazırlayanda fransız dostlarım üçün mətbəxə girib, aş-qara hazırladım. Dedim ki, bizim bayramlar plovsuz olmur. Çox bəyəndilər.

– Xüsusi yadınızda qalan hadisəni danışın, zəhmət olmasa…

– Ruandan Parisə yollanan zaman avtobusa 7 dəqiqə gecikən xanımın qardaşı maşınla avtobusun yolunu kəsdi və yalvarmağa başladı. Sürücü, təbii olaraq, bu xahişi rədd etdi. Avtomobilin sürücüsü az qala, diz çökərək, avtobus sürücüsünə yalvaracaqdı, lakin sonda ürəyi yumşaldı, razılaşdı. Bu hadisəyə görə Ruandan 10 dəqiqə gec çıxsaq də, Parisə nəzərdə tutulan vaxtdan 10 dəqiqə tez çatmış olduq. Bir avtobus insanın düz 10 dəqiqə qızı gözləməsinə görə o yolboyu özünü günahkar hiss etdi. Amma sərnişinlərdən heç kim onu məzəmmət etmədi… Bu sadəcə bir hadisə idi, Fransadan özümlə böyük təəssüratlar gətirdim. Məzun olandan sonra CV-də UNEC-lə yanaşı, Avropa universitetinin də adının yazılması şansını qazandım. Həm də həvəskar fotoqraf kimi Fransanı öz obyektivimdən görmək imkanım oldu. Bu fotolar da təəssüratlarım kimi, gözəl və daimidir. Həyatımda böyük rol oynayan bu mübadilə proqramında UNEC tələbəsi kimi iştirak etdim. Bu, UNEC-in öz tələbəsi üçün yaratdığı möhtəşəm fürsətlərdən biri idi. Bunun üçün doğma universitetimə minnətdaram. Mən hər yerdə UNEC tələbəsi olduğumu qürurla deyirəm!

S.QARAYEVA

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot