UNEC-də Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü münasibətilə idman yarışlarına start verilir.
Universitetin bütün fakültələrinin tələbələri arasında keçiriləcək yarışlarda voleybol, badminton, basketbol, stolüstü tennis, mini futbol, şahmat, dama idman növləri təmsil olunacaq.
Mart ayından start götürəcək yarışlara may ayında yekun vurulacaq.
Turnirin keçirilməsində əsas məqsəd gənclər arasında sağlam həyat tərzinin təbliğidir.