İxtisaslaşmanın məqsədi:
Səhiyyənin idarə edilməsi proqramı biznes sektorunun köməyi ilə səhiyyə sahəsinə transformasiya etmək istəyən və bu sahəyə maraq göstərən şəxslər üçün nəzərdə tutulmuşdur. Bu proqram səhiyyənin idarə edilməsi üzrə texniki və idarəçilik bacarığını özündə birləşdirən sahələrarası ixtisaslaşmasıdır. Bu proqramda baza təhsili əczaçılıq, mühəndislik, sosial və humanitar sahələrdə formalaşmış şəxslərin təhsil alması mümkündür. Səhiyyənin idarə edilməsi proqramını tədris edən şəxslər səhiyyə sektorunda xidmət göstərən, iqtisadi hüquq və qanunvericiliyi bilən, iş etikası təkmil olan və analitik qərar vermək təcrübəsinə malik olan peşəkar mütəxəssislərdən ibarətdir. Bu proqramda əməliyyatların idarəedilməsi, iqtisadiyyat, maliyyə və marketinq fənləri ilə yanaşı səhiyyə xidmətləri sistemi, səhiyyə təşkilatlarının idarəedilməsi, səhiyyədə hüquq və etik məsələlər, səhiyyənin innovasiyası və qiymətləndirilməsi kimi sahələri əhatə edən fənlər tədris edilir.
MBA proqramının müddəti və ünvanı:
Səhiyyənin idarə edilməsi proqramı üzrətəhsil Avropa Kredit Transfer Sistemi uyğun olaraq 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə60 kredit, 4 seçmə (ixtisas) fənn üzrə24 kredit və buraxılış layihəsi üzrə 12 kredit olmaqla, cəmi 96 kreditlə tamamlanır.
Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində10 ümumi fənn üzrə30 kredit, 4 seçmə (ixtisas) fənn üzrə12 kredit və buraxılış layihəsi üzrə 6 kredit olmaqla, cəmi 48 kreditlə tamamlanır.
Dərslər payız, yaz və yay semestrlərində həftədə ikidəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected], tel/fax +99412 4976267
MBA proqramına qəbul şərtləri:
Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr dərəcəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtahanından uğurla keçməklə MBA proqramına qəbul olunurlar.
MBA proqramında tədris metodlarının üstünlükləri:
Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yüksəldilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq səviyyəsinin davamlı olaraq artırılmasınıa müasir biznes informasiyasının araşdırılmasına, analitik düşünmə və qərarvermə qabiliyyətinın inkişafına, biznes etikası, təqdimat qabiliyyəti, vaxtın idarəedilməsi və sahibkarlıq məntiqinin formalaşdırılmasına şərait yaradır. Proqram magistrantları cəmiyyət, müəssisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlumatlarla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) müzakirə edilir, rol oynama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və layihə çalışmaları həyata keçirilir və bu zaman müasir tədris metod və texnologiyalarından istifadə edilir. Proqram ictimai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönümlü təşkilatlarda struktur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik idarəedilməsi, qanunvericilikdə və biznes mühitində yeni meyillərin öncədən (proaktiv) araşdırılması vərdişlərini aşılayır. Magistrantın fənni mənimsəməsi həftəlik və yarım semestrlik testlər (quiz), dərsdə iştirak səviyyəsi, ev tapşırıqları və kumulativ (semestr imtahanı) imtahan əsasında (test və yazılı formada açıq suallardan ibarət olmaqla) qiymətləndirilir.
MBA proqramında tədris kadrları:
Proqram UNEC-in müəllimləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyəti, ölkədə fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşəkar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş professor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.
Diplom:
Təhsilini tamamlamış magistr öz ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi və diplomu ilə təltif olunur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.
Qiymətli kağızlar ixtisası üzrə keçirilən fənlər:
Birinci semestr:
SMO 652 Liderlik və təşkilati davranış
MGTSC 501 Biznes statistikası
ECON 503 Menecment iqtisadiyyatı
ACCTG 503 Maliyyə uçotu(F3)
İkinci semestr:
SMO 502 Strategiya, təşkilat və innovasiya
FIN 502 Korporativ maliyyə
MARK 502 Marketinq strategiyası
ACCTG 502 İdarəetmə uçotu(F2)
Üçüncü semestr:
OM 502 Əməliyyatlar idarəedilməsi
BLAW 642 Biznes hüququ (F4)
Dördüncü semestr – 4 əsas seçmə fənn
HCMG 634 Səhiyyə xidmətləri sistemi
HCMG 505 Epidemiologiyaya giriş
HCMG 521 Səhiyyə təşkilatlarının idarəedilməsi
HCMG 520 Səhiyyədə informasiya texnologiyaları
HCMG 614 Səhiyyənin marketinqi
HCMG 622 Tənzimlənən xidmətin idarəedilməsi
HCMG 610 Introduction to Primary/Long-Term Care
HCMG 560 Səhiyyənin maliyyələşdirilməsi
HCMG 621 Səhiyyədə hüquqi və etik məsələlər
HCMG 612 Səhiyyə sferasının texnologiyaları və informasiya sistemləri
HSMG 644 Səhiyyədə innovasiya və qiymətləndirmə
BLAW 631 Menecmentin hüquqi aspektləri
SMO 634 Texnologiya və qlobal rəqabət
RES 620 Qərarqəbuletmədə tədqiqat metodları
MIS 521 İdarəetmənininformasiya sistemləri
HRM 602 Beynəlxalq biznes etikası və korporativ idarəetmə
Buraxılış layihəsi (Capstone paper) – ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə