“Respublika Gənclər Debat Forumu: Yaz-2017” layihəsi çərçivəsində Milli Debat Proqramının təşkilatçılığı ilə Bakı Gənclər Debat Forumu keçirilib.
Forumda UNEC-i Azərbaycan bölməsi üzrə Tələbə Gənclər Təşkilatının Debat Klubunun “rADİUs”, “Dollara-Manat” və “Monopoliya”, rus blməsi üzrə isə “Peçat”, “Alpha” və “TTM” komandaları təmsil edib.
“İslam Həmrəyliyinin beynəlxalq terrorizmə qarşı mübarizədəki rolu” mövzusunda keçirilən forumun final mərhələsində rus bölməsi üzrə UNEC-i təmsil edən “Peçat” komandası (Məmməd Abdullayev, Anar Məmmədli, Nicat Səfərov) respublika birincisi olub.
Azərbaycan bölməsi üzrə UNEC-i təmsil edən “rADİUs” komandası isə (Eyyub Əmiraslanov, Ülviyyə Axundova, Rəhilə Məmmədzadə) II yerin sahibi olub.
UNEC debatçıları “Respublika Gənclər Debat Forumu 2017”nin ən yaxşı natiqləri sıralamasında da fərqləniblər. Azərbaycan bölməsi üzrə “Ən yaxşı natiq” nominasiyası üzrə Ülviyyə Axundova II, Rəhilə Məmmədzadə IV yerə, rus bölməsi üzrə Ümid Oruclu II, Nicat Səfərov isə III yerə layiq görülüb.
Qeyd: Gənclər və İdman Nazirliyi ilə “Vətəndaş Cəmiyyəti Debat” İctimai Birliyi tərəfindənbirgə reallaşdırılan “Respublika gənclər debat forumu: Yaz-2017” çərçivəsində 11 regional mərkəzdə 2000 gəncin iştirakı ilə “İslam həmrəyliyi” mövzusunda təlim, turnir və forumlar keçirilib. Debat forumlarının iştirakçıları olan gənclər gələcəkdə müxtəlif sahələrdə həm respublika, həm də beynəlxalq miqyasda ölkəmizi layiqincə təmsil edə, Azərbaycanın maraqlarını uğurla qoruya bilərlər. İndiyədək keçirilən forumlarda ölkə üçün aktual olan mövzular – iqtisadiyyat, ekologiya, multikulturalizm və digər sahələrlə bağlı müzakirələr aparılıb, gənclər öz mövqelərini əsaslandırıblar.