“UNEC-də bir gün” layihəsinə yenidən start verilir.
Abituriyentlər arasında sevilən və populyar olan “UNEC-də bir gün” layihəsinə bu ildən magistr və MBA təhsili almaq istəyənlər də qoşula bilər.
Layihənin məqsədi abituriyentləri, eləcə də magistr və MBA təhsili almaq istəyənləri universitetlə daha yaxından tanış etməkdir. Eyni zamanda, ixtisas seçimində onlara məsləhət vermək, fənlərdə dinləyici qismində iştirakına şərait yaratmaqdır.
Qeyd edək ki, ötən tədris ilində “UNEC-də bir gün” layihəsində şəhər və region məktəblərindən 2000-ə yaxın şagird iştirak edib. Layihədən faydalanan şagirdlərin böyük əksəriyyəti artıq UNEC tələbəsi adını qazanıb.
UNEC ölkədə dörd dildə (Azərbaycan, ingilis, rus və türk) magistr və bakalavr pilləsi üzrə təhsili verən, eyni zamanda xaricdə filialı olan yeganə ali təhsil ocağıdır. Burada I, II, IV və V ixtisas qrupları üzrə 21 ixtisasda bakalavr təhsili həyata keçirilir.
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində (BMDM) 11 ixtisas 39 ixtisaslaşma (iqtisadiyyat və idarəetmə ixtisasları – 26-cı proqram) üzrə 4 dildə magistr hazırlığı həyata keçirilir. BMDM-də ABŞ, İsveçrə, İtaliya, Litva və Turkiyə universitetləri ilə ikili diplom proqramları reallaşdırlır. Eyni zamanda UNEC-in Magistratura Mərkəzində 9 texniki və texnoloji ixtisas üzrə 23 ixtisaslaşmada magistr təhsili aparılır.
MBA proqramı üzrə təhsil isə UNEC Biznes Məktəbində həyata keçirilir. Burada 14 ixtisas üzrə (56-cı proqram) kadr hazırlığı ilə yanaşı, İsveçrənin UBİS (Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti) universiteti ilə ikili dərəcə proqramı reallaşdırılır. UNEC Biznes Məktəbi EFMD-nin (İdarəetmənin İnkişafı üzrə Avropa Fonduna) tam hüquqlu üzvüdür.
Qeyd edək ki, 2018/2019-cu tədris ilində II ixtisas üzrə Prezident təqaüdçülərinin 75%-i, magistratura üzrə isə Respublika birincisi məhz UNEC-i seçib.
“UNEC-də bir gün” layihəsində iştirak etmək istəyənlər 492-60-43 və 497-58-63 telefon nömrəsinə zəng edə, yaxud UNEC-in rəsmiFacebook səhifəsi ilə əlaqə saxlaya bilərlər.
<a href=”http://news.unec.edu.az/xeber/100-elm/4308-unec-web-of-science-da”></a>