Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Minilliyin Layihəsi və Azərbaycan Futuroloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən “Azərbaycan Forsayt” (Azerbaijan Foresight) kursları başa çatıb. Kurslarda UNEC-in tələbə və magistrantları iştirak edib. 48 saatlıq interaktiv təlimləri uğurla bitirən məzunlara sertifikatlar təqdim edilib.
Gələcəyin tədqiqi və proqnozlaşdırılması məsələlərini əhatə edən kurslar Azərbaycan, ABŞ, İngiltərə, Kanada, İtaliya, Meksika, Venesuela, Yaponiya və digər ölkələrin ekspertləri tərəfindən aparılıb. Dərslər həftədə 1 dəfə (cümə günləri, saat 18:00) olmaqla ingilis dilində on-line (video-konfrans) formatda həyata keçirilib.