Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Mühasibat uçotu və audit” ixtisası üzrə magistrı Ülviyyə Məmmədova Sumqayıt Dövlət Universitetində keçirilən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunan Magistrların XV Respublika Elmi Konfransında I yerə layiq görülüb və diplomla təltif olunub.
U.Məmmədova konfransda “Müasir dövrdə gəlirlər və xərclərin uçotu, onların müəssisəsinin maliyyə fəaliyyətində rolu” mnövzusunda çıxış edib.
Qeyd: Konfransa respublikanın 13 ali təhsil müəssisəsindən və AMEA-nın institutlarından 680-dən çox məruzə materialları daxil olub