Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) “Bank işi” kafedrasının müəllimi, iqtisad elmləri doktoru Elnur Sadıqova Rusiya Federasiyası Elm və Təhsil Nazirliyinin Ali Attestasiya Komissiyasının qərarı ilə “Maliyyə, pul tədavülü və krediti” ixtisası üzrə professor elmi adı verilib. Qeyd edək ki, Elnur Sadıqov ADİU-nun Rusiya Federasiyası Ali Attestasiya Komissiyası tərəfindən elmi ada layiq görülən ilk professorudur.